Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-473/2024 15.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, qərarından şikayət verilmiş Xaçmaz RPŞ-nin DYPB-nin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X2 iştirakları ilə, X4 tərəfindən Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini, qanunsuz olaraq duracağa yerləşdirilmiş “Qaz 3302” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin dərhal duracaqdan azad edilməsini və qanunsuz hərəkətləri ilə əlaqədar YPX-nin əməkdaşı X1 fəaliyyətinin yoxlanılması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Qaz 3302 markalı yük avtomobili ilə hərəkətdə olarkən Xaçmaz RPŞnin DYPB-nin əməkdaşları tərəfindən saxlanma işarəsi verilərək saxlanılmış və Tural Adıgözəlov adlı polis əməkdaşı özünü təqdim edərək avtomobilin sənədlərinin düzgünlüyünü soruşduqda yoxlanılması üçün sənədləri həmin polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı sənədlərin düzgünlüyünü yoxladıqda avtomobilin bort nömrəsinin olmadığı müəyyən edilmiş və 50 manat məbləğində cərimə olunacağı ona deyilmişdir. O, polis əməkdaşlarına bort nömrəsi olmadığı təqdirdə cərimə olunmasını qanunvericilikdə olmadığını bildirdikdə polis əməkdaşı cərimə olunaraq avtomobili duracağa yerləşdirəcəklərini bildirilmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Nurəddin Həmzəyev adlı polis əməkdaşı ona yaxınlaşaraq polisə tabesizlik göstərdiyi üçün Xaçmaz RPŞ-nin PPXB-yə məlumat verərək onu polis şöbəsinə aparılacağını bildirdikdə o, avtomobili duracağa yerləşdirərək məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi izahat verərək bildirmişdir ki, şəxsin avtomobili 03 aprel 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və saxlanılma zamanı avtomobilin bort hissəsində nömrənin olmadığı müəyyən edilmişdir. Şikayət vermiş şəxs həmin halı özü də etiraf etmişdir, lakin göstərilənləri qayda pozuntusu kimi qəbul etmir. Qeyd olunanlar Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanunu 1 saylı əlavəsinin 7-ci hissəsinin 10-cu bəndində öz əksini tapmışdır. Belə ki, dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərin, qoşquların və avtobusların kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda kimi qeyd edilmişdir. Şəxs Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanunun həmin bəndinin tələblərini pozduğuna görə 50 manat məbləğində inzibati tənbeh növündə cərimə olunmuşdur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş Xaçmaz RPŞ-nin DYPB-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xaçmaz rayonu, Bay-oba kəndində yaşayan X4 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş şikayətə əlavədən və 08 aprel 2024-cü il tarixli 049560 nömrəli mədaxil qəbzindən görünür ki, onun qanunsuz olaraq duracağa yerləşdirilmiş “Qaz 3302” markalı yük, 99LD 220 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Xaçmaz RPŞ-nin cərimə meydançasında saxlanılmışdır. O, polisin tələbini yerinə yetirərək 6 gün üçün 12 manat ödəmiş və avtomobili duracağdan götürmüşdür. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat məbləğində cərimə edilir. 98-ci maddəsində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi-tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 1 Saylı Əlavəsində nəqliyyat vasitələrinin nasazlıqlarının siyahsının Vİİ hissəsində “Konstruksiyanın digər ünsürləri”nin nasazlığı hesab edilən hallar göstərilmişdir. Həmin hissənin 10-cu bəndinə əsasən aşağıdakılar nasazlıq hesab edilir: nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri dövlət qeydiyyat nişanlarının yazılmmadıqda. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 342.5-ci maddəsinin dispozisiyasında qeyd olunmuş konstruksiyasının digər ünsürlərinin nasaz olması və belə nasazlığın aradan qaldırılmasının mümkün olmaması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 1 Saylı Əlavəsinə əsasən dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərflərinin yük daşıyan avtomobillərin kuzovunun arxa divarında olmaması konstruksiyanın digər ünsürlərinin nasazlığı hesab edilir. Qeyd olunanları və şikayət verən şəxsin dövlət qeydiyyat nişanın rəqəmləri və hərflərinin onun idarə etdiyi yük daşıyan avtomobilin kuzovun arxa hissəsində olmamasını etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanunidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X2 barəsində Xaçmaz RPŞ-nin DYPB-nin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməməlidir.. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət vermiş şəxs X2 Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva.
Məhkəmə qərarları › İş №3(067)-473/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-473/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver