Məhkəmə qərarları › İş №3(067)-474/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-474/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-474/2024 15.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə, X1 iştirakları ilə, 20 iyun 1987-ci ildə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında yaşayan X3 Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə 27 mart 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə 27 mart 2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı Nümayəndə göstərdi ki, 27 mart 2024-cü il tarixdə səhər saat 08:00 radələrində Xaçmaz rayonu, Niyazobad kənd yolundan sürücü azyaşlı uşağını idarə etdiyi nəqliyyat vasitəsində avto kreslo olmadan, xüsusi qurğu olmadan, ön oturacaqda yanında otuzdurduğundan o, saxla işarəsi verərək həmin nəqliyyat vasitəsinə yaxınlaşdığı zaman, sürücü ona səs yazısının, görüntü vasitəsinin işləyib-işləməməsini soruşduğunda o, sürücüyə əlbəttə işlədiyini və bütün bunlar qeydiyyata alındığını, qabaq oturacaqda oturan uşağın göründüyünü, video yazıda da həmin görüntülərin olduğunu, səs yazısının olduğunu və o, həmin uşaqdan o, zaman neçə yaşının olduğunu soruşduğunda uşaq ona cavabında 9 yaşı olduğunu bildirmişdir. Halbu ki, Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanunda qabaq oturacaqda uşaqların oturması yalnız avto keroslo olmadan, xüsusi qurğu vasitəsi ilə otuzdurulması nəzərdə tutulduğu halda sürücü qanunun tələblərinə məhəl qoymadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci bəndinə əsasən müvafiq protokol tərtib edilmişdir. Hesab edir ki, Seymur Şahmədanovun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qanuni və əsaslıdır. Onun ləğvi üçün heç bir əsas yoxdur, ona görə də ərizənin təmin olunmamasını xahiş edir. X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, həqiqətən də 27 mart 2024cü il tarixdə nəqliyyat vasitəsini idarə etdiyi zaman ön qabaq oturacaqda onun yanında əyləşmiş uşağın 09 yaşı olmuşdur. O, həmin ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi həmin anın video görüntünün olub-olmasını aydınlaşdırmaqdan ötrü olmuşdur. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X9 Bölməsinin 27 mart 2024-cü il tarixli, TP-6372329 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 mart 2024-cü il tarixli, TP-6372329 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 27 mart 2024-cü il tarixdə X6 idarə etdiyi “VAZ 21101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən azyaşlı uşağını idarə etdiyi nəqliyyat vasitəsində avto kreslo olmadan, xüsusi qurğu olmadan, ön oturacaqda yanında otuzduraraq qüvvədə olan qanunun tələblərini pozmuşdur; 27 mart 2024-cü il tarixli, TP-6372329 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 27 mart 2024-cü il tarixdə X6 idarə etdiyi “VAZ 21101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən azyaşlı uşağını idarə etdiyi nəqliyyat vasitəsində avto kreslo olmadan, xüsusi qurğu olmadan, ön oturacaqda yanında otuzduraraq qüvvədə olan qanunun tələblərini pozmuşdur. Buna əsasən X6 İXM-in 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, 27 mart 2024-cü il tarixdə X6 idarə etdiyi “VAZ 21101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən azyaşlı uşağını idarə etdiyi nəqliyyat vasitəsində avto kreslo olmadan, xüsusi qurğu olmadan, ön oturacaqda yanında otuzduraraq qüvvədə olan qanunun tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X9 Bölməsinin 27 mart 2024-cü il tarixli, TP-6372329 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz rayon X9 Bölməsinin 27 mart 2024-cü il tarixli, TP-6372329 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar