Məhkəmə qərarları › İş №3(067)-477/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-477/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-477/2021 09.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi , barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Saatlı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Vağzal küçəsi 10 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs 09.06.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində “Baku Elektroniks” mağazasının qarşısında polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərdiyinə görə Xaçmaz RPB-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati xətanı əsəbi olduğundan törətdiyini, əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağın olmasını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin PPX bölüyü bölük komandirinin müavini vəzifəsində işləyən X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 09.06.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində “Baku Elektroniks” mağazasının qarşısında polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin PPX bölüyü manqa komandiri vəzifəsində işləyən X1 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 09.06.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində “Baku Elektroniks” mağazasının qarşısında polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. İş materiallarında olan MN № ******* saylı 09 iyun 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09.06.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində “Baku Elektroniks” mağazasının qarşısında polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 09 iyun 2021-ci il tarixdə, saat 11:25-də inzibati qaydada tutulmuş 09 iyun 2021-ci il tarixdə saat 16-30 da azad edilmişdir. İş materiallarında olan MN№0192783 saylı 09 iyun 2021-ci il tarixli Qərardaddan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış material Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs polis işçilərinin qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ciu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1983-cü ildə Saatlı şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar