Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-484/2023 08.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Xaçmaz rayonunun Qaradağ-Buduq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qaradağ Buduq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Azərbaycan Respublikası ƏSMN yanında X1 Quba regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli icra sənədinə əsasən 2848 manat inzibati cəriməni qanunla müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, işlədiyi quşçuluq şirkətində işçilər zəhmət haqlarına görə şikayət etmişlər, şikayəti isə onun adına etmişlər. Ona görə də onun barəsində inzibati cərimə tətbiq edilmişdir. Halbuki cəriməni şirkət ödəməlidir. Şirkət ona cəriməni ödəyəcəyini bildirmiş, lakin ödəməmişdir. Həmçinin bildirmişdir ki, o, barəsində olan xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verməmişdir. Onun həmin cəriməni ödəmək üçün maddi imkanı yoxdur. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və xəbardarlığı almışdır. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏSMN yanında X1 Quba regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, Şəxs 3000 manat cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs əmək haqqından 152.25 manat tutularaq dövlət büdcəsinə ödənilmişdir. Şəxs əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1983-cü ildə Xaçmaz rayonunun Qaradağ-Buduq kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-484/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-484/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver