Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-487/2023 25.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə “Sınıq körpü” gömrük postundan keçməklə Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına “ARTAMİL” markalı usaq qidası yükü gətirən Şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 7490JR nömrə nişanlı yük nəqliyyat vasitəsindəki yüklər xx.xx.2023-cü il tarixdə, **********3397 saylı gömrük bəyannaməsi ilə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirildikdən sonra gömrük yoxlaması keçirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yük yerindən yük müşayiət sənədlərində qeyd olunmayan 4 ədəd istifadə olunmuş “MİÇELİN” marakalı, 215/65R16 ölçülü təkərlər (şin (disk və kamersiz) aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarında olan 27 mart 2023-cü il tarixli gömrük bəyannaməsindən, “Yoxlama haqqında” 28 mart 2023-cü il tarixli protokoldan və “Şahidin sorğu-sual edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə “Sınıq körpü” gömrük postundan keçməklə Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına “ARTAMİL" markalı uşaq qidası yükü gətirən Şəxs idarə etdiyi “Mercedes- Benz” markalı, 7490JR nömrə nişanlı yük nəqliyyat vasitəsindəki yüklər xx.xx.2023-cü il tarixdə, **********3397 saylı gömrük bəyannməsi ilə Şimal Ərazi Baş Gömrük idarəsində rəsmiləşdirildikdən sonra gömrük yoxlaması keçirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yük yerindən yük müşayiət sənədlərində qeyd olunmayan 4 ədəd istifadə olunmuş “MİCHELİN” marakalı, 215/65R16 ölçülü təkərlər aşkar olunmuşdur. İş materiallarında olan “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Almaniya Federativ Respublikasına getmişdir. Fikri bu olmuşdur ki, gələrkən Azərbaycan Respublikasına “Mercedes-Benz” yük markalı nəqliyyat vasitəsi gətirsin. xx.xx.2023-cü il tarixdə Almaniya Federativ Respublikasından “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi almışdır. Eyni zamanda, Azərbaycana gələrkən “ARTAMİL” markalı uşaq qidası yükü alaraq gətirmişdir. Bundan əlavə, aldığı yük nəqliyyat vasitəsinin üzərindəki təkərləri dəyişərək yenisini əlavə etmişdir. İstifadə olunmuş təkərləri isə uşaq qidaları ilə birlikdə yük yerinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə uşaq qidaları yükünü Şimal Ərazi Baş Gömrük idarəsində rəsmiləşdirmişdir. Yüklər rəsmiləşdirldikdən sonra yoxlama zamanı yük müşayiət sənədlərində qeyd edilməyən 4 ədəd istifadə olunmuş "MİCHELİN" marakalı, 215/65R16 ölçülü təkərlər aşkar edilmiş, daha sonra gömrük əməkdaşı aşkar olunmuş təkərlərlə bağlı protokol tərtib edərək götürmüşdür. Həmçinin o, gömrük bəyannaməsi yazılarkən həmin təkərləri bəyannamədə qeyd etdirməyi unutmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 29 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya qablamasız 4 (dörd) ədəd, üzərində “MİCHELİN”215/65R16C” yazısı olan, istifadə olunmuş şinlər (disk və kamersiz) təqdim edilmişdir. Aparılmış tədqiqat nəticəsində beynəlxalq şəbəkə internet vasitəsilə müxtəlif saytlarda aparılan axtarışların nəticəsinə və Xaçmaz şəhəri avtomobillərin təkərlərin (şinlərin) satışı dükanlarından və işlənmiş şinlərin satışı məntəqələrindən alınan məlumtlara əsaəsən təqdim edilmiş ''MİCHELİN” 215/65R16C" markalı, istifadə olunmuş şinlərin xx.xx.2023-cü ilə mövcud olan təqribi bazar qiyməti 1 (bir) ədədi 90 manat təşkil edir, 4 (dörd) ədədinin qiyməti 360 manatdır. Təqdim edilmiş şinlərin ümumi dəyəri 360 ( üç yüz altmış) manat məbləğindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda həmin Məcəllənin 482.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində müsadirə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Təhvil-təslim edilməsi haqqında” 28 mart 2023-cü il tarixli Akt-dan görünür ki, Şəxs gömrük sərhədindən keçərkən bəyan etmədiyi yuxarıda qeyd olunan 4 (dörd) ədəd şin (təkər) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat bölməsinə təhvil verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qəraraaldı: xx.xx.1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 382.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların (predmetin) - yəni 4 (dörd) ədəd, üzərində “MİCHELİN” (markalı), 215/65R16C” (ölçülü) yazısı olan, istifadə olunmuş (təkərlərin) şinlərin (disk və kamersiz) (Şimal Ərazi Baş Gömrük İdarəsində saxlanılan) - müsadirəsi növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Şimal Ərazi Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-487/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-487/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver