Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-488/2021 14.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədirliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Protokolu tərtib etmiş şəxs X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən e t d i: Şəxs 15 may 2021-ci il tarixdə Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsində Ucuzluq marketin qarşısında polis əməkdaşı Bədirşah Vəlimətova qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, bununla da ictimai qaydanı pozan hərəkətlərə yol verməklə AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X9 izahatında bildirmişdir ki, 27.05.2021-ci il tarixdə Xaçmaz RPŞ-nin X4 RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar daxil olmuşdur. Qərara əsasən Şəxs və X1 əməllərində AR İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərin olması təsdiq olunmuşdur. Qərarda göstərildiyi kimi, 15 may 2021-ci il tarixdə təxminən saat 23:40 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 72-də yaşayan, Siyəzən RPŞ-nin İstintaq Bölməsinin rəisi vəzifəsində işləyən X2 yaşadığı Xaçmaz S.Qurbanov küçəsində yerləşən “Ucuzluq” marketdə alış-veriş edən zaman Xaçmaz şəhər sakinləri Şəxs və X3 içkili vəziyyətdə marketə daxil olmuşlar. Həmin vaxt Şəxs əl ilə Yaşar Hüseynova işarə edərəkBədirşah Vəlimətovu göstərməklə üzünü Bədirşah Vəlimətova tərəf çevirərək üzündəki cizgiləri müxtəlif formaya salmaqla ona qarşı qeyri-etik hərəkətlər etməyə başlamışdır. Bundan sonra, X7 Sultanova iradını bildirərək onu nizam intizama dəvət etmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Yaşar Hüseynov da mübahisəyə müdaxilə etmiş və marketin içərisində, digər şəxslərin qarşısında ucadan nalayıq ifadələr işlətmişdir. Bundan sonra X8 Vəlimətovun sinəsinə iki dəfə əli ilə itələyərək ona çıxıb getməsini bildirmişdir. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı törətməsini inkar edərək bildirmişdir ki, 15 may 2021-ci tarixdə içkili olmamışdır. Hadisəni tam aydın şəkildə xatırlayır. O, dostu Yaşarla birlikdə Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsində yerləşən «Ucuzluq» marketə daxil olmuş, orada işıq çox gür olduğundan üz mimikasını dəymiş, yaxında olan polis əməkdaşı isə ona üz mimikasının dəyişməsi ilə əlaqədar irad bildirmişdir. O isə, polisə cavab qaytararaq, üz mimikasının dəyişməsini polisə qarşı yönəlmədiyini, üzünə işıq düşməsi ilə əlaqədar olduğunu demişdir. Qərarda göstərildiyi kimi, dostu Yaşara əvvəlcədən hər hansı bir əl işarəsi edərək, polisə qarşı heç bir hərəkət etməmişdir. Daha sonra polis əməkdaşı onlarla, yəni o və dostu Yaşarla mübahisə etməyə başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 göstərmişdir ki, 15 may 2021-ci il tarixdə təxminən saat 23:40 radələrində o, xidməti səhra geyimi formasında yaşadığı Xaçmaz şəhəri S.Qurbanov küçəsində yerləşən «Ucuzluq» marketin meyvə-tərəvəz satılan hissəsində kassada işləyən satıcı ilə alış veriş edən zaman, həmin marketə daxil olmuş iki nəfər, adlarını sonradan bildiyi Yaşar və Şahin adlı şəxslərin sərxoş vəziyətdə, Şahin adlı şəxs Yaşar adlı şəxsə əli ilə işarə edərək onu göstərməklə üzünü ona tərəf çevirərək üzündəki cizgiləri müxtəlif formaya salmaqla ona qarşı qeyri etik hərəkətlər etməyə başlamışdır. Həmin vaxt o, Şahinə öz iradını bildirdikdən sonra Şahinə ictimai yerdə özünü normal aparmasını tövsiyə edərək, onu nizam-intizama dəvət etmişdir. Həmin vaxt Şahinin yanında olan Yaşar adlı şəxs ona qarşı kobudluq edərək Şahinin etdiyi hərəkətlərinə haqq qazandırmış və daha sonra Yaşar onunla marketin giriş qapısında dayanaraq səbəbsiz olaraq ucadan mübahisə etməyə başlamışdır. Həmin vaxt o, özünü təqdim edərək əynində olan xidməti geyim forması və formanın üzərində olan dövlət atributlarına hörmətlə yanaşmasını tələb etsə də Yaşar özünü digər şəxslərdən üstün hesab etməklə ona qarşı nalayiq ifadələr işlətmiş və solə li ilə iki dəfə onun sinəsindən itələyərək ona qarşı fiziki zor tədbiq etmişdir. Bundan sonra Yaşar digər şəxslərin qarşısında nalayiq ifadələr işlədərək öz ailəsində atasının və digər şəxslərin polis olduqlarını və onlara güvəndiyini bildirmiş, «siz gəlmə şəxslər rayonda at oynadırsız» deyərək bir neçə dəqiqə qərəzli hərəkətlərini davam etmişdir. Həmin vaxt Yaşarla Şahinin hər ikisinin hərəkətləri onların kifayət qədər sərxoş olmalarını göstərmişdir. Daha sonra Yaşar və Şahin adlı şəxslər **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Bundan başqa Yaşar və Şahin adlı şəxslərin ona qarşı etdikləri hərəkətlərini etiraf etmədikləri halda o, hadisənin görüntüləri diskin yaddaşına köçürmüş və həmin görüntülərdə hadisə tamlığı ilə əksini tapmışdır. Lakin o, Yaşar və Şahin adlı şəxsləri əvvəllər tanımadığını, həmin şəxslərlə heç bir münasibəti olmadığını, özünün həmin şəxslərə qarşı hər hansı bir zor tətbiq etmədiyini və Yaşar adlı şəxsin onu iki dəfə itələsə də onun bədəni üzərində hər hansı bir xəsarətinin olmadığını bildirmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında 10 iyun 2021-ci il tarixli protokolla, həmçinin, iş materiallarında olan müşahidə kamerasının görüntüləri ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Xaçmaz rayonu, Ş.Qurbanov küçəsində yerləşən “Ucuzluq” marketin içərisində və xaricində yerləşən videokameraların qeydə aldığı yazılardan görünür ki, iki nəfər şəxs “Ucuzluq” marketə daxil olmuş, onlardan biri marketin içərisində kassanın yanında polis əməkdaşının olduğunu görərək, yanında olan digər şəxsə əli ilə toxunaraq çağırıb, işarə ilə polis əməkdaşına tərəf göstərib hansısa hərəkəti etdikdən sonra, polis əməkdaşı ilə həmin şəxslər arasında şifahi mübahisə başlamışdır. Bundan sonra, mübahisə böyümüş və şəxslərdən biri polis əməkdaşını itələyərək küçəyə çıxarmışdır. Diskə baxış keçirilən zaman, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, videoyazıda qeyd olunan marketə daxil olan şəxslərdən biri o olduğunu və digər şəxsi əl hərəkəti ilə çağıran da o olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol vermişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib ona 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbsin əvvəli 14 iyun 2021-ci il tarixdən saat 12:45-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-488/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-488/2021
14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver