Məhkəmə qərarları › İş №3(067)-489/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-489/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-489/2023 06.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, birinci Qarabağ müharibəsi veteranı, İİ dərəcəli əlil, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Quba rayonunun Gənclər qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması və istifadə etməsi ilə əlaqədar Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə bağlı 03 aprel 2023-cü il tarixdə saat 18:20 radələrində Xaçmaz şəhəri, V.Məmmədov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılmış, müayinə zamanı onun narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X2 göstərdi ki, Şəxs barəsində narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması və istifadə etməsi ilə əlaqədar o, Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə bağlı 03 aprel 2023-cü il tarixdə saat 18:20 radələrində Xaçmaz şəhəri, V.Məmmədov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılmış, müayinə zamanı onun narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, o, 1-ci Qarabağ müharibəsində iştirak edərkən yaralanmış, badənində olan zədələrlə bağlı ağrıları olduğundan narkotik vasitə olan heroin və marixuanadan istifadə edir. 03 aprel 2023-cü il tarixdə də narkotik vasitə marixuanadan istifadə etmiş və həmin gün axşam saatlarında Xaçmaz şəhəri, V.Məmmədov küçəsində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narktok vasitələri qəbul etməkdə şübhəli şəxs kimi saxlanılaraq tibbi müayinəyə aparılmış, müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən edilərək barəsində müvafiq sənədlərşmə aparılmışdır. Törətdiyi xətaya görə peşmançılıq hissi keçirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanılmasının rədd edilməsi barədə 04 aprel 2023-cü il tarixli qərar, inzibati xəta haqqında 06 aprel 2023-cü il tarixli protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəz” publik hüquqi şəxsi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli, 1863 nömrəli “Ambulator məcburi-tibbi yoxlama” rəyindən görünür ki, müayinə zamanı Şəxs eyni zamanda bir neçə narkotik vasitələr və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 29 mart 2002-ci il tarixli, 066705 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs birinci Qarabağ müharibəsi veteranıdır. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli, 118 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 aprel 2023-cü il tarixdə saat 21 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşmançılığını və birinci Qarabağ müharibəsi veteranı olmaqla ikinci qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Bununlа yаnаşı, məhkəmə hеsаb еdir ki, Şəxs 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа оnа təyin еdilmiş cərimə cəzаsı yüngülləşdirilməklə qəti məbləğ müəyyən еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsində bu cür qаydаlаr müəyyən еdilməsə də, məhkəmə hеsаb еdir ki, Аzərbаycаn Rеspublikаsı Cinаyət Prоsеssuаl Qаnunvеriciliyində охşаr münаsibətləri nizаmа sаlаn nоrmаlаrı müvаfiq оlаrаq аnаlоgiyа üzrə burаdа tətbiq еdilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il Qərarında göstərilmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4. maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа, оnа təyin еdilmiş cərimə cəzаsının məbləği 100 (bir yüz) mаnаtа qədər аzаldılsın və üzərində 100 (bir yüz) manat məbləğində cərimə inizbati tənbeh saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar