Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-5/2022 14.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, X1 iştirakları ilə, 27 iyul 1970-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan X5 Xaçmaz rayon X13 Bölməsinin 27 oktyabr 2021-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 Xaçmaz rayon X13 Bölməsinin 27 oktyabr 2021-ci il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, 27 oktyabr 2021-ci il tarixdə saat 11:50də **-BF-*** nömrəli şəxsi avtomobili ilə Xudat istiqamətindən gələrək işıqforun sola H.Z.Tağıyev küçəsinə heç bir avtomobil nəqliyyat vasitəsinə maneçilik törətmədən, qəza vəziyyəti yaratmadan normal şəkildə dönmüşdür. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X7 onu saxlayaraq saxlama səbəbi kimi, ona sola dönərkən qarşıdan gələn avtomaşınına yol verməli olduğu halda guya o, həmin avtomobilə yol vermədiyini bununla da o, yol hərəkət qaydalarını pozduğunu bildirmişdir. O, Yol Patrul Xidməti inspektoru polis serjantı Elnur Lətifovdan həmin video çəkilişi göstərməyini xahiş etmişdir. Video görüntüdən görünür ki, o, sola dönmə hərəkəti normal şəkildə, heç kimə maneəçilik törətmədən, qəza vəziyyəti yaratmadan yerinə yetirmişdir. Lakin bütün bunlara baxmayaraq DYP əməkdaşı onun barəsində inzibati tənbeh vermə haqqında 27 oktyabr 2021-ci il tarixli, TP-4680711 saylı qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində tərtib edilmiş 27 oktyabr 2021-ci il tarixli, TP-4680711 saylı qərar ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X13 Bölməsinin 27 oktyabr 2021-ci il tarixli, TP-4680711 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 oktyabr 2021-ci il tarixli, TP-4680711 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 27 oktyabr 2021-ci il tarixdə X6 idarə etdiyi “VAZ 21103” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur; 27 oktyabr 2021-ci il tarixli, TP-4680711 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 27 oktyabr 2021-ci il tarixdə X6 idarə etdiyi “VAZ 21103” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Buna əsasən X6 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən CD diskə baxış keçirilərkən müəyyən olundu ki, 27 oktyabr 2021-ci il tarixdə X6 idarə etdiyi “VAZ 21103” markalı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Nəzərə alınmalıdır ki, İXM-in 327.2-ci maddəsi blanket normadır və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalar təşkil edir. Buna dair məhkəmə qeyd edir ki, adı çəkilən Qanunun 51-ci maddəsinin V hissəsinə əsasən nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə, yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qadağandır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X13 Bölməsinin 27 oktyabr 2021-ci il tarixli, TP-4680711 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz rayon X13 Bölməsinin 27 oktyabr 2021-ci il tarixli, TP-4680711 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-5/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-5/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver