Məhkəmə qərarları › İş №3(067)-5/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-5/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-5/2024 15.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, 25 may 1947-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayan X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 30 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 13 noyabr 2023-cü il tarixdə Quba rayonunun Afurca kəndinə ad gününə dəvət edilmişdir. O, da bu dəvətə görə həmin kəndə getmişdir. Həmin vaxt hava yaxşı və isti olmuşdur. Onlar bir yerdə yaxınlıqda olan təpəyə çıxaraq oradan it burnu və digər təbii bitkiləri yığmaq qərarına gəlmişlər. Həmin vaxt ora bir neçə onun tanımadığı şəxslər gəlmişlər. O, həmin şəxslərlə görüşərək, oturub yemək yediyi zaman ora iki “NİVA” markalı nəqliyyat vasitəsi gələrək özlərini təqdim etmədən onların üzərinə hücum çəkmişlər. Həmin vaxt onun idarə etdiyi nəqliyyat vasitəsi ondan cəmi 20-30 metr aralıda olmuşdur. Onlar onun maşının salonuna və arxa yük yerinə baxış keçirmişdirlər. Nəqliyyat vasitəsinin yük yerinə baxış keçirdikləri zaman oradan ona məxsus silahı aşkar edərək götürmüşdürlər. O, həmin şəxslərdən nəqliyyat vasitəsinə nəyə görə girərək özünə məxsus silahı götürdüklərini onlardan soruşduqda onlar onu təhqir edərək, ona qarşı kobudluq etməklə, ona kobud cavab vermişdirlər. Onlardan digərləri ona məxsus silahı maşına qoyaraq ordan çıxıb getmiş, digərləri isə orda qalaraq bununla bağlı müvafiq protokol tərtib edərək ona imza etməyi təklif etmiş, o, da heç bir söz demədən həmin protokolu imzası ilə təsdiq etmişdir. O, hakimin sualına həmin silahla ov etmədiyini, silahı nəqliyyat vasitəsində gəzdirmə səbəbi kimi, bağına beş dəfə oğurluq olmasını, bağında cavan qələmlərinin olmasını və orada olan otaqa şüşə və qapısını sındırmaq yolu ilə ora daxil olduqlarını, oradan ona məxsus ot biçənini, odun doğuruyan, mişar, bağa ağaclara töküləcək dərmanları oğurlanması olduğunu bildmirşdir. Bundan əlavə olaraq o, həmin bağa mütəmadi olaraq gəlib getdiyini və buna görə də silahı özü ilə gəzdirdiyini və silah ona məxsus nəqliyyat vasitəsindən aşkar edildiyi zaman silahın yanında ov etməsi ilə bağlı heç bir patron aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. Onu da qeyd etmişdir ki, uzun illərdir ki, Ovçular cəmiyyətinin sədri vəzifəsində işləmiş və ov edilmə qaydalarını çox gözəl bilir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, 13 noyabr 2023-cü il tarixdə X10 və digər onunla bərabər yoldaşlar Quba rayonunun Atuc kəndindən 2 kilometr şərq istiqamətdə ov tüfəngi ilə yəni döyüş vəziyyətində olan ov tüfəngi ilə ov edərkən əməkdaşları tərəfindən uzaq məsafədən müşahidə edilmişdir. Yəni əməkdaşları həmin ovçulara yəni Vaqif Quliyevə və digər yoldaşlara yaxınlaşana qədər uzaqdan müşahidə etmişlər ki, ov silahlarının bir hissəsi böyük kolluğa bir hissəsini isə özlərinə məxsus nəqliyyat vasitələrinin arxa yük yerinə qoymuşlar. Bununla bağlı da idarə əməkdaşları tərəfindən akt tərtib edilmiş, foto şəkillər çəkilmişdir. Bundan əlavə olaraq şikayət vermiş şəxs X6 az öncə verdiyi izahatının konkret olaraq özünü müdafiə xarakterini daşıdığını bildirmişdir. Bundan savayı qeyd edərək inzibati işə baxılarkən X6 onların idarəsində, onların qəbulunda olduğu zaman onlara o, zaman ki, dönəmdə olan ovçular cəmiyyətinin 12 ilə yaxın sədri olduğunu bildirmişdir. Bu da onu deməyə əsas verir ki, X10 professional ovçudur, ov etmə yerlərini dəqiq bilir, foto şəkillərdən və ov etmək haqqında Azərbaycan Respublikasının tələblərini pozduğuna görə barəsində 13 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, barəsində inzibati tənbeh vermə haqqında 13 noyabr 2023-cü il tarixli qərar qəbul edilərək X2 Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Qeyd edərək Ovçuluq haqqında Azərbaycan Respublikasının qanununun tələbinə görə ov yerlərində, açıq hava şəraitində ovun güdülməsi ov etmək hesab edilir. Bundan əlavə olaraq Vaqif Quliyevlə bərabər Mütəllibov Əbülfəz adlı şəxs barəsində də inzibati xəta haqqında qərar qəbul edilmişdir, həmin şəxs də barəsində qəbul edilmiş qərardan Quba rayon məhkməsinə şikayət vermişdir, iş üzrə hakim Rahim Həsənov qeyd olunan qərardan şikayəti təmin etməyərək, idarə tərəfindən qəbul edilmiş qərarı əsaslı hesab edərək dəyişdirilmədən saxlamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən verilmiş foto şəkilləri və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında 30 noyabr 2023cü il tarixli MN seriyalı ******* saylı qərarından müəyyən olunur ki, X10 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin tələblərini pozduğuna görə 1000 (bir min) manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 13 noyabr 2023-cü il tarixli aktdan müəyyən olunur ki,X10 akta imza etmiş və qeyd olunanlarla razılaşmıdır. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, X10 özü uzun illər Ovçular Cəmiyyətinin sədri olduğundan, ov qaydalarını mükəmməl bilən bir şəxsdir. Buna baxmayaraq, inzibati xətanı təsdiq edən akt tərtib edilərkən, ona imza etmiş və yazılanlarla razılaşmışdır. Hazırda isə faktları təkzib etməklə, özünümüdafiə xarakterli ifadə verməsi inzibati məsuliyyətdən kənarda qalması məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə şikayət verən şəxs X8 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 272.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, X1 inzibati araşdırma ilə bağlı razı olmaması və idarə etdiyi nəqliyyat vasitəsində aşkar olunmuş silahın ona məxsus bağ sahəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı nəqliyyat vasitəsində gəzdirməsi ilə bağlı fikirləri özünümüdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şikayətçi Vaqif Quliyev barəsində İXM 272.3-cü maddəsi ilə baxılan inzibati xəta haqqında işlə bağlı məlumat verilmişdir. Bu hal məhkəmə iclası zamanı şikayətçi Vaqif Quliyevin özü tərəfindən etiraf edilməklə, yanaşı digər mötəbər sübutlar, o cümlədən izahatlarla öz təsdiqini tapmışdır. Eyni zamanda, şikayətçi Vaqif Quliyevin 13 noyabr 2023cü il tarixdə Quba rayonunun Afurca kəndinə gedərək ad gününə keçirməsi barədə bildirdikləri də özünümüdafiə xarakteri daşımaqla, şikayətçinin şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X6 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X7 inzibati tənbeh vermə haqqında 30 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X7 inzibati tənbeh vermə haqqında 30 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar