Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-5/2025 06.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, X2 iştirakı ilə, X2 BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ-25011735 saylı elektron qərarın ləğv edilməsi və sair barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ-25011735 saylı qərarının ləğv edilərək, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Mercedes Benz C230” minik markalı 99XZ064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun qohumu Şahid məxsusdur. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün adına etibarnamə olsa da, nəqliyyat vasitəsi daimi olaraq Şahid özü idarə edir. BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ-25011735 saylı qərarı ilə onun barəsində İXM-nin 328.2-ci maddəsi ilə 50 manat inzibati tənbeh tətbiq edilmişdir. Bu qərar 2 səbəbə görə qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Birincisi – xx.xx.2024-cü il tarixdə saat 15:27-də avtomobili Şahid özü idarə edib, Şahid özü də bu faktı təsdiq edir. İkincisi- Şahid deməsinə görə Smart Radar onu yuxarı sürət həddi 60 km/s olan yox, 90 km/s olan yolda foto və videonu çəkib. Yəni bu səbəbdən cərimə əsassızdır. O, bununla bağlı müvafiq foto və videofaylları əks etdirən 1 ədə CD disk təqdim etmiş və Şahid məhkəmə iclasına şahid kimi çağırılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş X3 şikayətinin təmin olunmasını xahiş etmişdir. BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat vermiş Şahid izahatında göstərmişdir ki, “Mercedes Benz C230” minik markalı 99XZ064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi özünə məxsusdur və daim özü idarə edir, xx.xx.2024-cü il tarixdə saat 15:27-də avtomobili özü idarə edib, Smart Radar onu yuxarı sürət həddi 60 km/s olan yox, 90 km/s olan yolda foto və videosunu çəkib. O, özü həmin yerin foto və videosunu çəkib və qohumu Səxavət vasitəsi ilə məhkəməyə təqdim edib. Məhkəmə iclasında təqdim olunmuş foto və video fayllara baxış keçirilmiş və hadisənin yuxarı sürət həddi 90 km/s olan yolda qeydə alındığı məlum olmuşdur. Bununla bağlı BDYP-yə müvafiq sorğu göndərilsə də, cavab daxil olmamışdır. Məhkəmə ərizəçi və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ-25011735 saylı elektron qərardan görünür ki, X3 cərimə olunmuşdur. Foto və videofayllardan görünür ki, nəqliyyat vasitəsini Şahid idarə etmiş və hadisə yuxarı sürət həddi 60 km/s olan yolda qeydə alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ-25011735 saylı elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-5/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-5/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver