Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-50/2022 11.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəfiyev Natiq Abil oğlunun, Zərərçəkən şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Uzun-oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-132/2020 saylı 25.02.2020-ci il tarixli icra sənədinə əsasən üç uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat cəmi-300 manat miqdarında aliment alınaraq X3 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun icra sənədi üzrə 7900 manat borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-132/2020 saylı 25.02.2020-ci il tarixli icra sənədinə əsasən üç uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat cəmi-300 manat miqdarında aliment alınaraq X3 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun icra sənədi üzrə 7900 manat borcu var. Əvvəllər cəmi 1100 manat ödəniş olub. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-132/2020 saylı 25.02.2020-ci il tarixli icra sənədinə əsasən üç uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat cəmi-300 manat miqdarında aliment alınaraq X3 verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. İcra sənədi üzrə ödənişlər etmişdir. Borcundan hazırda 200 manat ödəyə bilər, qalan borcunu da hissə-hissə ödəyəcək. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkən izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon 2(067)-132/2020 saylı 25.02.2020-ci il tarixli icra sənədinə əsasən üç uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat cəmi-300 manat miqdarında aliment ödəməlidir. Borclunun hazırda ödəmək istədiyi 200 manat pulu qəbul edir və borclunun cərimə edilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1973-cü ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz ) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-50/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-50/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver