Məhkəmə qərarları › İş №3(067)-50/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-50/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-50/2024 22.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, o, “TOFAŞ ŞAHİN” markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində inzibati xəta haqqında (EQ seriyalı ********) protokol tərtib edilərək cərimə olunmasına dair qərar çıxarılmışdır. Lakin o, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında (İXP seriyalı 5884183) nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Xaçmaz rayon X3 X4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “AsanPay” ödəniş sistemindən çıxarışlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətaya dair qərara əsasən (EQ seriyalı ********) ona təyin olunmuş cəriməni və dəbbə pulunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx xxxxxx 2001-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Şəxs hazırki inzibati xətaya dair iş üzrə (İXP seriyalı 5884183) Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar