Məhkəmə qərarları › İş №3(067)-500/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-500/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-500/2021 17.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun, Tərcüməçi (mütəxəssis) X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialda qeyd olunmuşdur ki, o, Xaçmaz rayon məhkəməsinin 2(067)-137/2021 saylı 11.02.2021-ci il tarixli icra sənədinə əsasən üç uşağın saxlanması üçün hər ay cəmi 300 manat aliment pulu X5 qızına ödəməlidir. Hazırda 3000 manat alminet borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, o, latın qrafikası ilə yazıb oxuya bilmir. Rusiya Federasiyasının vətəndaşıdır və Azərbaycan dilində sərbəst bilmir. Məhkəmə iclasında iştirak edən icra məmuru bildirmişdir ki, Şəxs bu hal barədə icra mərhələsində məlumat vermədiyi üçün onun latın qrafikasını bilmədiyindən xəbəri olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 135.1.6.-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 61.1.7.-ci maddəsinə əsasən ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 72.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər. Məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə etdiyi hallarda, həmin ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu Məcəllənin məqsədləri üçün tərcüməçi hesab olunurlar. [52] Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 72.2-ci maddəsinə əsasən tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 17 iyun 2021-ci il tarixli inzibati xətaya dair protokol və ona əlavə olunmuş sənədlər Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar