Məhkəmə qərarları › İş №3(067)-500/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-500/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-500/2023 25.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, 04 aprel 1989-cu ildə Quba rayonunun Aşağı- Tüləkəran kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Xaçmaz rayon məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 3(067)-500/2023 saylı qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq məhkəmə Müəyyənetdi: Şəxs 18 noyabr 2022-ci il tarixdə “VAZ 21074” markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ 12194779 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 60 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin Şəxs barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətinə qanunla müəyyən əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib olunmuşdur. Xaçmaz rayon məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 3(067)-500/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbeh tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 18 noyabr 2022-ci il tarixdə “VAZ 21074” markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ 12194779 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 60 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. Həmin cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilmədiyinə görə o, Xaçmaz rayon məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 3(067)-500/2023 №-li qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda EQ 12194779 nömrəli inzibati xəta haqqında protokol əsasında təyin edilmiş cərimə məbləğə onun tərəfindən ödənilmişdir. Odur ki, barəsində tərtib olunmuş EQ 12194779 nömrəli inzibati xəta haqqında protokol üzrə çıxarılmış qərara əsasən təyin olunmuş 60 manat cəriməni və ona əsasən hesablanmış dəbbə pulunu ödədiyindən Xaçmaz rayon məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 3(067)-500/2023 saylı qərarına xitam verilməsini xahiş edir. İş materiallarında olan asanpay elektron portalın çıxarışından görünür ki, Şəxs tərəfindən 18 noyabr 2022-ci il tarixli, EQ seriyalı 12194779 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cərimə və dəbbə pulu daxil olmaqla 96 manat pulu tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə Xaçmaz rayon məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 3(067)-500/2023 nömrəli qərarına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində EQ seriyalı 12194779 nömrəli inzibati xəta haqqında protokol əsasında ona təyin edilmiş cərimə məbləğini qanunla müəyyən olunmuş müddət ərzində ödəməməsinə görə inzibati tənbeh tətbiq edilməsi barədə Xaçmaz rayon məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 3(067)-500/2023 (İXP 5269149) nömrəli qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar