Məhkəmə qərarları › İş №3(067)-500/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-500/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-500/2024 09.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1970-ci ildə Xaçmaz rayonu, Hacıəlibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkumluğu olmayan, Xaçmaz rayonu, Hacıəlibəy kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1398/2021 saylı qətnaməsinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit məbləğdə alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. Lakin Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunmasına və məhkəmə qərarı ilə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq o, icra şöbəsinə gəlməkdən və ödəniş etməkdən yayınmaqla icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1398/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə Natiq Müslümov tərəfindən icraata qəbul olunmuşdur. Natiq Müslümov əmək məzuniyyətində olduğuna görə müvəqqəti olaraq iş onun icraatına keçmişdir. Həmin icra sənədi üzrə borclu Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit məbləğdə alimentin tutularaq X2 ödənilməlidir. Lakin borclu Şəxs icraa sənədinin tələblərini yerinə yetirməmiş, bu səbəbdən də Natiq Müslümov tərəfindən 15 fevral 2023-cü ildə barəsində protokol tərtib edilmişdir. Məhkəmə qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində 500 manat cərimə inzibati tənbeh təyin edilmişdir. Məhkəmə qərarı ilə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq 2023-cü ilin fevral ayından bu tərəfə heç bir ödəniş etməmişdir. Hal-hazırda borclunun aliment borcu 3000 manat təşkil edir. İcra sənədi üzrə ödənilməli olan müəyyən olunmuş alimenti bu günə qədər icra etməyərək üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya rəsmi bildiriş göndərilərək xəbərdarlıq edilmiş və icra şöbəsinə dəvət edilərək bu barədə izahatı alınmışdır. Ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq icra sənədini üzürsüz səbəbdən icra etməyərək eyni xətanı təkrar törətmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, təzəliklə kariyerde işə başlamışdır. Bayramdan sonra maaşını aldıqdan sonra aliment borcundan ödəyə biləcək. Bundan əvvəl də səkkiz ay başqa kariyerdə işləmiş, lakin maaşını ala bilməmişdir. Bu səbəbdən aliment borcunu ödəyə bilməmişdir. Borcu ödəməkdən boyun qaçırmır və bayramdan sonnra ödəyə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 09 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında 11 avqust 2021-ci il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit məbləğdə alimentin tutularaq X2 ödənilməsinə dair Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1398/2021 saylı icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsində 11 avqust 2021-ci il tarixdə icraata başlanılmış və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən icraata qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 11 avqust 2021-ci il tarixli, № 196678/2021-26-14-004 nömrəli bildirişdən görünür ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1398/2021 saylı icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. Məhkəmənin gəldiyi hüquqi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iş üzrə məhkəmə qətnaməsi xx.xx.2021-ci il tarixdə çıxarılmasına və qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına 11 avqust 2021-ci il tarixdə daxil olaraq icraata qəbul edilməklə icra tədbirləri həyata keçirilməsinə, icra məmurunun xx.xx.2021-ci il tarixli xəbərdarlığına, İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı icra sənədinə münasibətdə yenidən törətmişdir. Borclu tərəfin müəyyən təqsirli hərəkətləri və maneçilikləri nəticəsində hal-hazıradək icrası mümkün olmamış və beləliklə də tələbkarın qanunla qorunan əmlak üzərində mülkiyyət hüquqlarının pozulmaqda davam etməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 1-1-ci maddəsinə əsasən İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz rayon məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 3(067)-210/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddə iə inzibati məsuliyyətə cəlb edilərək 500 (beş yüz) manat cərimə olunduqdan sonra, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsini, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alır və barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsin əvvəli 09 aprel 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar