Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-504/2021 02.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, X5 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, 25.05.1979-cu ildə Xaçmaz rayonunun, Xəzərli kəndində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun, Qusarçay kəndində yaşayan X2 barəsində Azərb. Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: X2 barəsində tərtib edilmiş 09 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında yerləşən «nə alarsan 5-10-15 manat» ticarət obyektinin fasadında müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yayımı həyata keçirmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadə vermiş X5 İdarəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, o, X5 İdarəsində böyük müfəttiş vəzifəsində işləyir. 09 iyun 2021-ci il tarixdə qanunsuz reklam yerləşdirilməsi ilə əlaqədar olaraq ünvan 1 ünvanında yerləşən «nə alarsan 5-10-15 manat» ticarət obyektinin fasadında reklam lövhəsi olması aşkar olunmuşdur. Məhkəmə gedişatı zamanı X2 reklam lövhələrinə görə onlarla müqavilə bağlayaraq ödəniş etmişdir. Bunları nəzərə alaraq onun barəsində tərtib olunmuş protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “xxxx” MMC təşkilatı barəsində Azərbaycan Respublikası Reklam X4 Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X2 barəsində Azərbaycan Respublikası Reklam X4 Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-504/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-504/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver