Məhkəmə qərarları › İş №3(067)-506/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-506/2020

04.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-506/2020 04.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi TağıyevNatiqƏkbər oğlunun iştirakı ilə, xx.xx.1962-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Mollaburhan kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Xaçmaz rayon İcra Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 3(067)-460/2020 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 300 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəməlidir. Şəxs icra sənədi üzrə 300 manat məbləğində pulu ödəməkdən yayınmış və tələbi yerinə yetirmədiyindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokol tərtib edilmişdir. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 3(067)-460/2020 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəmsi qət olunmuşdur. Lakin maddi imkanı cətin olduğu üçün qeyd olunan cəriməni ödəyə bilməmişdir. Məhkəmə iclasında izahat vermiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 göstərmişdir ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 3(067)- 460/2020 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 300 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəməlidir. Şəxs icra sənədi üzrə 300 manat məbləğində pulu ödəməkdən yayınmış və tələbi yerinə yetirmədiyindən onun tərəfindən xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 3(067)- 460/2020 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 300 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəməlidir. Şəxs icra sənədi üzrə 300 manat məbləğində cərimə cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinib, ona 200 (iki yüz) saat müddətində ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar