Məhkəmə qərarları › İş №3(067)-506/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-506/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-506/2023 10.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Xaçmaz rayonunun Qarabağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeydiyyatda olmaqla, Xaçmaz rayonunun Qarabağı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(067)-1664/2021 saylı icra sənədi üzrə tələbi təmin etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(067)-1664/2021 saylı icra sənədinə əsasən qızıl zinət əşyalarının cəmi dəyəri olan 3829 manat pul alınaraq tələbkar İmamquliyeva (Muxtarova) Günel Rizvan qızına verilməlidir. Lakin borclu icra sənədi üzrə hazıradək tələbkarın xeyrinə heç bir məbləğ ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, icra sənədində qeyd olunan qızıl zinət əşyalarının dəyəri olan 3829 manat məbləğində pul vəsaitini tələbkara ödəməlidir. O, hazıradək həmin məbləğdən heç bir vəsait ödəməmişdir. O, tələbkara aliment və alimentlə bağlı borcu da ödəyir. Buna görə də o, tələbkarla danışaraq təklif etmişdir ki, alimentlə bağlı ödənişləri azaldıqdan sonra qızıl zinət əşyalarının dəyərini də hər ay 100 manat olmaqla ödəyəcəkdir. Lakin tələbkar ona bildirmişdir ki, qızıl zinət əşyaları ilə bağlı olan borcundan əvvəlcədən birdəfəyə 1600 manat ödəyərsə, qalan borcu hər ay 100 manat ödəməsinə razı olar. Lakin onun birdəfəyə 1600 manat ödəməyə maddi imkanı olmamışdır. O, yenidən digər şəxslə ailə qurmuş və həmin nikahından da bir azyaşlı uşağı vardır. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(067)-1664/2021 saylı icra sənədinə əsasən qızıl zinət əşyalarının cəmi dəyəri olan 3829 manat pul alınaraq tələbkar İmamquliyeva (Muxtarova) Günel Rizvan qızına verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1978-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 750 (yeddi yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar