Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-506/2025 02.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və qərardan şikayət verən şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 fevral 2025-ci il tarixli, EQ 25996540 saylı qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən onun barəsində qəbul olunmuş «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 fevral 2025-ci il tarixli, EQ 25996540 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Shacman” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. 09 fevral 2025-ci il tarixdə Şabran rayonundan Quba rayonu istiqamətində hərəkətdə olarkən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qənaəti ilə inzibati məsuliyyətə cəlb edilmişəm və barəmdə inzibati tənbeh vermə barədə protokol tərtib edilmişdir. Həmin qərar barədə gec xəbər tutmuş və şikayət verilməsi üçün qərarın rəsmi qaydada ona təqdim edilməsi üçün Azərbaycan Respublikası Baş X6 İdarəsinə müraciət etmişdir. Orada ona qərarı verməmiş, Xaçmaz DYPŞ-nə müraciət etməli olduğunu bildirmişlər. O, Xaçmaz DYPŞ-yə müraciət etmiş və 20 fevral 2025-ci il tarixdə qərarın surətini rəsmi qaydada ona təqdim etmişlər. O, idarə etdiyi maşına xx.xx.2025-ci il tarixdə 16730 kq yük vurulmuşdur. Bununla bağlı malların təhvil-təslim aktı da mövcuddur. Həmçinin "xxxx" MMC-nin tərəzi çekində də yükünün ödənişindən görünür ki, yükün miqdarı qanunla müəyyən edilmiş həddi aşmamışdır. O, həmin qərarla qəti razı deyildir. Tərəfindən heç bir qanun pozuntusu törədilməmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs - X2 iş üzrə izahatında göstərmişdir ki, 09 fevral 2025-ci il tarixində DİN BDYP-nin Mərkəz Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimə tərtib olunmuşdur. Həmin protokolda maşının yükü 34.5 ton göstərilmişdir. Halbuki, həmin vaxt maşının yükü 31920 ton olmuşdur. Buna sübut kimi əlində qaimələr vardır. Həmin qaimələrdə də maşının dolu və boş halda çəkisi göstərilmişdir. Ona görə də, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 fevral 2025-ci il tarixli, EQ 25996540 saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə tapşırılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 fevral 2025-ci il tarixli, EQ 25996540 saylı qərarının surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 600 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş mateiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 25841 nömrəli qaimədən müəyyən olunur ki, sürücü Pərviz Həsənovun idarə etdiyi **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan un məhsulunun tara çəkisi 15180 kq, netto çəkisi 16740 kq olmaqla, ümumilikdə avtomaşının brutto çəkisi 31920 kq təşkil etmişdir. İş mateiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib olunmuş 09 fevral 2025ci il tarixli YP № 438755 seriyalı malların təhvil-qəbul aktından müəyyən olunur ki, sürücü Pərviz Həsənov 16740 kq çəkidə məhsulu təhvil almışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Lakin inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz rayon X4 X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı, protokolu, həmçinin inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntüləri və ya səs yazılarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə hesab edir ki, X2 tərəfindən 09 fevral 2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi“ ağırçəkili, Shacman” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşında Şabran rayonundan Quba rayonu istiqamətində hərəkətdə olarkən, cəmi 16740 kq çəkidə yük daşıması və həmin vaxt avtomaşının brutto çəkisinin 31920 kq təşkil etməsi nəzərə alınmaqla, avtomaşının icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşıb-aşmaması və bununla da yol hərəkəti qaydalarının pozulub-pozulmaması müəyyən edilmədiyindən və qeyd olunan halların əlavə araşdırılması zəruri olduğundan, hazırkı halda işin hallarını müəyyən edən materiallar natamam olmaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmadığından, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilərək, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 fevral 2025-ci il tarixli, EQ 25996540 saylı qərarı ləğv edilməli və X2 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Abduləlizadə Elvinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 fevral 2025-ci il tarixli, EQ 25996540 saylı qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-506/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-506/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver