Məhkəmə qərarları › İş №3(067)-508/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-508/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-508/2022 04.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Orlov Vilayətində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-155/2021 saylı 26.02.2021-ci il tarixli icra sənədinə əsasən 1 dəst qızıl (komplekt)- 1 ədəd boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd qolbaq cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi, ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçıdan 15 manatı isə cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pulun 60 manatı cavabdehlərdən, 60 manat isə iddiaçıda nalınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-155/2021 saylı 26.02.2021-ci il tarixli icra sənədinə əsasən 1 dəst qızıl (komplekt)- 1 ədəd boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd qolbaq cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi, ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçıdan 15 manatı isə cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pulun 60 manatı cavabdehlərdən, 60 manat isə iddiaçıdanalınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-155/2021 saylı 26.02.2021-ci il tarixli icra sənədinə əsasən 1 dəst qızıl (komplekt)- 1 ədəd boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd qolbaq alınaraq iddiaçı X1 verilməsi, ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçıdan 15 manatı isə cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pulun 60 manatı cavabdehlərdən, 60 manat isə iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi təmin olunmalıdır. Əmlakları və pulu birdəfəyə qaytarmaq imkanı yoxdur. Hissə-hissə ödəmək istəsə də qarşı tərəf ödəməni birdəfəlik tələb edir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1988-ci ildə Orlov Vilayətində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar