Məhkəmə qərarları › İş №3(067)-508/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-508/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-508/2023 10.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, H.Rəsulbəyov küçəsi ev 29-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, Xaçmaz rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 3(067)-453/2022 saylı icra sənədi üzrə cəriməni qərəzli olaraq ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs barəsində Xaçmaz rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 3(067)-453/2022 saylı qərarı ilə 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və “Tələbin könüllü icrası haqqında” Bildiriş borcluya təqdim edilmişdir. Borclu icra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarı əsasında ona təyin edilmiş 500 manat məbləğində cərimə inzibati tənbeh növünü hazıradək icra etməyərək həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, səhhəti ilə bağlı işləyərək qazanc əldə edə bilmir, maddi imkanı yoxdur, çətinliklə də olsa aliment də ödəyir. Buna görə də o, icra sənədi üzrə cəriməni ödəməmişdir. Həmçinin bildirmişdir ki, ona vaxt verilərsə, həmin cəriməni ödəyəcəkdir. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 3(067)-453/2022 saylı qərarından görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar, tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla sübuta yetir. Məhkəmə, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar