Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-509/2025 13.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, İclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən edilmişdir ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat natamam aparılmışdır. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda Zahir Səfərova məxsus olan nəqliyyat vasitəsini digər nəqliyyat vasitəsinə toqquşdurmuş və nəticədə avtomobilə ziyan dəymişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Şəxs bildirmişdir ki, özünü günahkar hesab etmir, ona görə ki, digər avtomobili onu arxadan vurmuşdur. Məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: İş materiallarından və tərəflərin izahatlarından görünür ki, xx.xx.2025-ci il tarixdə avtoyuma məntəqəsində işləyən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Zahir Səfərov tərəfindən avtoyumaya yuyulması üçün təhvil verilmiş nəqliyyat vasitəsini arxaya verən zaman digər nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə Zahir Səfərovun mülkiyyətinə ziyan dəymişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 327.1, 327.6, 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, xx.xx.2025-ci il tarixdə protokol baxılması üçün məhkəməyə göndərilmişdir. AR İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 332.4-cü maddəsi ilə olan işlərin baxılması məhkəmə aidiyyatında olsa da, protokolda qeyd edilən digər maddələrin (327.1, 327.6 və 332.1) baxılması Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə və zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyətə cəlb edilməsindən öncə ilk növbədə onun həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədib-törətməməsi barədə inzibati təhbeh vermə haqqında qərar qəbul edilməlidir. Ona görə ki, AR İXM-nin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi, şəxs (Şəxs) eyni vaxtda öz hərəkəti ilə bir neçə inzibati xəta törətmişdir və hazırki protokolda qeyd olunan 327.1 və 327.6-cı maddələri ilə olan xətaların baxılması Daxili İşlər Nazirliyinin, 332.4-cü maddəsi ilə olan xətanın baxılması isə məhkəmənin səlahiyyətinə aid edildiyindən, ilk öncə Şəxs barəsində İXM-nin 327.1 və 327.6-cı maddələri ilə (34.3-cü maddəsini rəhbər tutmaqla) inzibati tənbeh tətbiq edilməli, daha sonra isə müvafiq olaraq 332.4-cü maddəsi ilə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 332.4, maddəsi ilə toplanmış materiallar natamam olduğundan Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə toplanmış material Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-509/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-509/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver