Məhkəmə qərarları › İş №3(067)-51/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-51/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-51/2025 07.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan Xaçmaz RPŞ-nin DYPB-dən daxil olmuş inzibati xəta haqqında materialı İnzibati xəta haqqında işin baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Xaçmaz RPŞ-nin DYPB-dən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Material tərəfimdən öyrənilərkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati sanksiya tətbiq olunur. Göründüyü kimi, 529.3-cü maddəsinin tərkibinin yaranması üçün ilk öncə yol hərəkəti əleyhinə dair inzibati tənbeh vermə haqqında qanuni qüvvəsini almış qərarın mövcud olması zəruridir. Lakin, hazırda iş materiallarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda mövcud olmayan inzibati tənbeh vermə haqqında qərara istinad olunmuşdur. Belə ki, protokolda göstərilir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ22249328 saylı xx.xx.2024-cü il tarixli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Halbuki, xx.xx.2024-cü il tarixdə Şəxs barəsində EQ22249328 saylı inzibati tənbeh vermə haqqında qərar mövcud deyil. Həmin qərar xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə də, Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə olan İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol Xaçmaz RPŞ-nin DYPB tərəfindən düzgün tərtib edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənləri və AR İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutataq, QƏRAR ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol Xaçmaz RPŞ-nin DYPByə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar