Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-511/2023 10.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx.xx.1994-cü ildə Xaçmaz rayonunun Fərzəlioba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Fərzəlioba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Şəxs 08 aprel 2023-cü il tarixdə Xaçmaz rayonunun Xudat şəhəri ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 göstərdi ki, Şəxs 08 aprel 2023-cü il tarixdə Güldanə Daşdəmirovanın 27 mart 2023-cü il tarixdə X11 verdiyi ərizəsinə əsasən bölməyə dəvət olunduqdan sonra bölmənin inzibati binasının qarşısında polisin ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, X3 Polis Bölməsinə verdiyi şikayət ərizəsi ilə əlaqədar atası İsrafil ona zəng edərək Güldanənin polisə şikayət ərizəsi ilə müraciət etdiyini və buna görə polis bölməsinə çağırıldığını bildirmişdir. O, atasına rəsmi çağırış təqdim edilmədiyindən polis bölməsinə getməməsini demişdir. Lakin polis əməkdaşları gələrək atasını yaşadıqları kənddən götürüb X11 apardıqlarından 27 mart 2023-cü il tarixdə o, DİN-nin “102” xidmətinə zəng edərək polislərin atasını polis bölməsinə qanunsuz apardıqlarını bildirmiş, ona araşdırılaraq bu barədə məlumat veriləcəyi bildirilmişdir. Bundan sonra o, atasının yanına, yəni polis bölməsinə getmiş,bölmədə onu içəri buraxmamışlar, o isə atasının gözdən ikinci qrup əlilliyi olduğundan sonuncunun yanına getmək üçün içəri daxil olmaq istəmiş, orada işləyən, Güldanənin qonşuluğunda yaşayan polis əməkdaşı onun üzərinə gələrək onu sözlə hədələmişdir. Sonra isə o, polis bölməsinin qarşısına çıxmış, orada Güldanə ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbi olub hansısa hərəkətlər etmişdir. Bu səbəbdən barəsində müvafiq sənədləşmə aparılaraq Xaçmaz rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 28 mart 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edimişdir. Bundan sonra isə o, polisə dəvət edilməmiş, yaxud da sonrakı günlərdə polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətlərə yol verməmiş və DİN-nin “102” xidmətinə də zəng etməmişdir. 27 mart 2023-cü il tarixdə baş vermiş xətaya görə eyni xarakterli materiallar yenidən məhkəməyə verilmişdir. Ona görə də hər hansı inzibati xətaya yol vermədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin əməkdaşı X2 göstərmişdir ki, Şəxs 08 aprel 2023-cü il tarixdə Güldanə Daşdəmirovanın 27 mart 2023-cü il tarixdə X11 verdiyi ərizəsinə əsasən bölməyə dəvət olunduqdan sonra bölmənin inzibati binasının qarşısında polisin ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X5 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərib etmiş polis sahə rəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidləri izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 08 aprel 2023-cü il tarixli raportun məzmunundan görünür ki, 27 mart 2023-cü il tarixdə Xaçmaz rayonunun Çinartala kənd sakini X3 Polis Bölməsinə verdiyi ərizəsinə əsasən əmisi oğlu, Xaçmaz rayonunun Fərzəlioba kənd sakini Şəxs polis bölməsinə dəvət olunduqdan sonra etik qaydanı pozaraq ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etmələrinə baxmayaraq polisin ünvanına yenidən nalayiq ifadələr işlədib əməkdaşların qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati xəta haqqında 08 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokolda olan qeyddən isə görünür ki, Şəxs 08 aprel 2023-cü il tarixdə Xudat şəhəri ərazisində polisin qanuni tələblərinə tabe olmayaraq inzibati xəta törətmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 28 mart 2023-cü il tarixli, 3(067)-442/2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından müəyyən olunur ki, Şəxs yuxarıda istinad olunan 08 aprel 2023-cü il tarixli raportda göstərildiyi kimi 27 mart 2023-cü il tarixdə, saat 16:20 radələrində Xaçmaz rayon X12 Polis Bölməsinin inzibati binasının qarşısında Güldanə Daşdəmirovanın və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmadığından həmin fakt üzrə məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edimişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə Şəxs 08 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs aid eyni fakt üzrə inzibati tənbeh haqqında qərar olduğundan, onun 08 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi iş materiallarında olan sənədlərlə müəyyən edilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.7 və 114.2.1-ci maddələrinə əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və bu barədə qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 53, 114, 115, 117, 128-130-жу maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-511/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-511/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver