Məhkəmə qərarları › İş №3(067)-512/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-512/2022

05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-512/2022 05.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon X26 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 2002-ci ildə Xaçmaz rayonunun Nərəcan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xaçmaz rayonunun Nərəcan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon X32 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 14 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində yaşayan X10 yaşadığı kəndin ərazisində yerləşən Oba marketin qarşısında saxladığı 100 manat dəyərində velosipedini, 31 yanvar 2022-ci il tarixdə X6 Xaçmaz şəhəri, Azərbaycan küçəsi, 29 saylı evindən samovarı və “Markus” markalı su matorunu, 08 fevral 2022-ci il tarixdə X7 məxsus Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən evinin həyətindən 100 manat dəyərində su matorunu, 12 fevral 2022-ci il tarixdə X8 məxsus Xaçmaz rayonunun Ləcət kəndində yerləşən evinin həyətindən bir ədəd “Markus” markalı su matorunu, 24 fevral 2022-ci il tarixdə X11 məxsus Xaçmaz şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən yeni tikilməkdə olan evindən suvağı dağıtmaqla 22 metrlik elektrik kabeli, 25 fevral 2022-ci il tarixdə X20 məxsus ünvan 1 ünvanda yerləşən evinin birinci mərətəbəsindən 1 ədəd 80 manat dəyərində samovarı oğurlamaqla zərərçəkmiş şəzlərə müxtəlif məbləğlərdə ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X26 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X9 göstərdi ki, Şəxs 14 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kəndində yaşayan X10 yaşadığı kəndin ərazisində yerləşən Oba marketin qarşısında saxladığı 100 manat dəyərində velosipedini, 31 yanvar 2022-ci il tarixdə X6 Xaçmaz şəhəri, Azərbaycan küçəsi, 29 saylı evindən samovarı və “Markus” markalı su matorunu, 08 fevral 2022-ci il tarixdə X7 məxsus Xaçmaz rayonu, Köhnə- Xaçmaz kəndində yerləşən evinin həyətindən 100 manat dəyərində su matorunu, 12 fevral 2022-ci il tarixdə X8 məxsus Xaçmaz rayonunun Ləcət kəndində yerləşən evinin həyətindən bir ədəd “Markus” markalı su matorunu, 24 fevral 2022-ci il tarixdə X11 məxsus Xaçmaz şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən yeni tikilməkdə olan evindən suvağı dağıtmaqla 22 metrlik elektrik kabeli, 25 fevral 2022-ci il tarixdə X20 məxsus ünvan 1 ünvanda yerləşən evinin birinci mərətəbəsindən 1 ədəd 80 manat dəyərində samovarı oğurlamaqla zərərçəkmiş şəzlərə müxtəlif məbləğlərdə ziyan vurmuşdur. İş üzrə zərərçəkmiş şəxslərdən Elvina Nağdəliyeva ərizə ilə rayon polis şöbəsinə müraciət edərək hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs həyətindən oğurladığı su nasosunun əvəzinə yeni su nasosunu verdiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Digər zərərçəkmiş şəxslərdən oğurlanmış əşya və ya onların dəyəri ödənilməmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, qeyd edilən oğurluqları anasının xəstəliyi ilə əlaqədər etdiyini və oğurladığı əmlakları sataraq anasının müalicə puluna sərf etdiyini bildirmişdir. Onu da demişdir ki, iş üzrə zərərçəmiş şəxs Elvina Nağdəliyevanın həyətindən oğurladığı su matorunun əvəzinə yeni su matorunu verdiyini bildirmişdir. Hərəkətindən səmimi peşmançılıq hissi keçdirdiyini və barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh növünü tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş zərər ödənildiyindən onun Tofiq Yusifova qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan digər zərər çəkmiş şəxslər X17, X14, X15, X16 və X20 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən onlara dəymiş zərər ödənilməmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı polis, polkovnikleytenantı X21 26 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı polis, polkovnikleytenantı X21 13 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı polis, leytenantı X4 19 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı polis, kapitanı X2 22 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı polis, polkovnikleytenantı X5 04 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin baş təhqiqatçısı polis, mayoru X12 04 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında aprotokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 04 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 mart 2022-ci il tarixdə saat 18:00 radələrində tutulmuş, 05 mart 2022-ci il tarixdə saat 16:00 radələrində isə tutulmadan azad edilmişdir. Odur ki, X13 04 mart 2022-ci il saat 18:00-dan 05 mart 2022-ci il 16:00-dək inzibati qaydada tutulduğu bir gün müddət təyin olunmuş həbs müddətindən çıxılmaqla, üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 01 (bir) ay müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 04 mart 2022-ci il saat 18:00-dan 05 mart 2022-ci il 16:00-dək inzibati qaydada tutulduğu bir gün müddət təyin olunmuş həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün həbs növündə inzibati tənbeh saxlanılsın. Həbsin əvvəli 05 mart 2022-ci il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar