Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-512/2024 30.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Azərbaycan respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X6 İdarəsinin 18 mart 2024-cü il tarixli, MN №1472499 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X6 İdarəsinin18 mart 2024-cü il tarixli, MN №1472499 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X6 İdarəsinin 18 mart 2024-cü il tarixli, MN №1472499 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Şimal Regional DYNİ-nin əməkdaşları tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanın törədiməsinə görə Xaçmaz rayonu, Xudat şəhəri, K. Zavod qəsəbəsində yerləşən 5 saylı uşaq bağçasının müdiri kimi 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, cərimə tətbiq olunan uşaq bağçasının yanğın təhlükəsizlik qaydaları barədə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tərəfindən vəzifəli şəxs kimi tabe olduğu Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciətlər olunmuşdur. Bu da ona sübutdur ki, o, vəzifəli şəxs kimi üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Beləliklə onun əməlində heç bir inzibati xəta tərkibi olmamasını belə sübut etmişdir. Çünki, göstərilən uşaq bağçasının avadanlıqlarla təmin olunması Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. O, vəzifəli şəxs kimi göstərilən nöqsanların aradan qaldırılması üçün məsul şəxs deyildir. Buna görə də göstərilən cərimə qanunsuzdur və ləğv olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X3 izahatında göstərmişdir ki, X8 Yanğına Nəzarət İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı göstərilən nöqsanlar, yanğın balonlarının içində olan məhlulun istifadə müddəti bitdiyini və tavana oda davamlı məhlulun doldurulmaması kimi hallar aşkar edilərək İXM 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi ilə bağlı Xudat şəhəri, K.Zavod qəsəbəsində yerləşən 5 saylı uşaq baxçasının müdiri kimi 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin uşaq baxçasının yanğın təhlükəsizliyi qaydaları barədə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün məsul şəxs kimi birbaşa X8 Yanğına Nəzarət İdarəsinə müraciət edə bilmədiyinə görə tabeliyində olduğu Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət edərək vəzifəli şəxs kimi üzərinə düşən öhdəliyi yerinə yetirmişdir, lakin onlardan hələki bir cavab alınmamışdır. Ona görə də mən hesab edir ki, əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Uşaq baxçasının avadanlıqla təmin olunması Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Məhkəmə qərarından şikayət verilmiş Şimal Regional DYN İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış qərarından şikayət verilmiş X8 Yanğına Nəzarət İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati qərar çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X6 İdarəsinin 18 mart 2024-cü il tarixli, MN №1472499 saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, vəzifəli şəxs qismində X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan X2 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba- Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə ünvanlanmış 01 fevral 2024-cü il tarixli, 01 saylı məlumatından müəyyən olunur ki, Biabani Nüşabə bağçanın yanğınsöndürmə balonlarının istifadə müddətinin bitməsi və bağçanın dam hissəsinin oda davamlı məhlul ilə hopdurulmaması kimi nöqsanların aradan qaldırılması üçün köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə məlumat göndərmişdir. Məhkəmə şikayət ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs, Xudat şəhəri Konserv zavod qəsəbəsində yerləşən 5 saylı uşaq bağçasının müdiri X3 məhkəmə araşdırması zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərini pozmadığını bildirməklə, Xudat şəhəri Konserv zavod qəsəbəsində yerləşən 5 saylı uşaq bağçasında yanğınsöndürmə balonlarının istifadə müddətinin bitməsi və bağçanın dam hissəsinin oda davamlı məhlul ilə hopdurulmaması kimi nöqsanların aradan qaldırılması üçün köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinə məlumat göndərdiyini qeyd edərək, buna dair 01 fevral 2024-cü il tarixli, 01 saylı məlumatı məhkəməyə təqdim etsə də, lakin həmin məlumatın göndərilməsini təsdiq edən heç bir sənədi, həmçinin yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı görülmüş tədbirlər barədə heç bir rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Xudat şəhəri Konserv zavod qəsəbəsində yerləşən 5 saylı uşaq bağçasının müdiri X1 şəhəri Konserv zavod qəsəbəsində yerləşən 5 saylı uşaq bağçasının müdiri olmaqla, həmin bağçada yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə riayət etməyə bilavasitə məsul şəxsdir. Ona görə də 5 saylı uşaq bağçasında yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə riayət edilməməsi faktı Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X6 İdarəsinin 18 mart 2024-cü il tarixli, MN №1472499 saylı inzibati tənbeh vermə haqqında qərarla təsdiqini tapdığından, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə inzibati tənbeh növü tətbiq edilməsi əsaslı hesab edilməlidir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası FHNnin X7 Xidmətinin Şimal Regional X6 İdarəsi tərəfindən işin halları kifayət qədər araşdırıldığından və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla təsdiqini tapdığından, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış vəzifəli şəxs X2 Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X6 İdarəsinin 18 mart 2024-cü il tarixli, MN №1472499 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Vəzifəli şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X6 İdarəsinin 18 mart 2024-cü il tarixli, MN №1472499 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-512/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-512/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver