Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-513/2022 09.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qobu-qırağı kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, 03.02.2022-ci il tarixdə Xaçmaz rayonu Qobuqırağı kəndində 70 manat dəyərində 3 metr elektrik naqili, 1 ədəd dreli M.Atagülovun yaşayış olmayan evindən, 21.10.2021-ci il tarixdə X6 məxsus evdən 90 manat dəyərində qaz sayğacını, 04.10.2021-ci il tarixdə X5 işlədiyi evdən ona məxsus 1 ədəd 30 manat dəyərində laqondanı və 40 manat dəyərində taxta kəsən mişarı, 17.12.2021-ci il tarixdə X7 məxsus yarımtikilidən 186 manat dəyərində 1 ədəd laqondanı və 8 qutu vinti, 27.01.2022-ci il tarixdə Xaçmaz rayonu Hülövlü kəndində yaşayan X3 məxsus 90 manat dəyərində işıq sayğacını, 09.10.2021-ci il tarixdə Xaçmaz rayonu Qobuqırağ kəndində yaşayan X1 evindən 95 manat dəyərində su nasosu və 1 ədəd gidrofonu oğurlamaqla özgənin əmlakını xırda talamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edən şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs o, 03.02.2022-ci il tarixdə Xaçmaz rayonu Qobuqırağı kəndində 70 manat dəyərində 3 metr elektrik naqili, 1 ədəd dreli M.Atagülovun yaşayış olmayan evindən, 21.10.2021-ci il tarixdə X6 məxsus evdən 90 manat dəyərində qaz sayğacını, 04.10.2021-ci il tarixdə X5 işlədiyi evdən ona məxsus 1 ədəd 30 manat dəyərində laqondanı və 40 manat dəyərində taxta kəsən mişarı, 17.12.2021-ci il tarixdə X7 məxsus yarımtikilidən 186 manat dəyərində 1 ədəd laqondanı və 8 qutu vinti, 27.01.2022-ci il tarixdə Xaçmaz rayonu Hülövlü kəndində yaşayan X3 məxsus 90 manat dəyərində işıq sayğacını, 09.10.2021-ci il tarixdə Xaçmaz rayonu Qobuqırağ kəndində yaşayan X1 evindən 95 manat dəyərində su nasosu və 1 ədəd gidrofonu oğurlamaqla özgənin əmlakını xırda talamışdır. Məhkəmədə barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Barəsində yüngül növdə tənbeh təyin edilməsini xahiş etdi. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan müəyyən olunur ki, cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Polis Şöbəsinə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində həbs inzibati tənbeh növü təyin olması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 09 mart 2022-ci il tarixdən saat 11:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulsun. Qərar dərhal icra olunsun və qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-513/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-513/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver