Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-514/2023 17.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Şikayət verən şəxsin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankın EP ******* saylı, 15 mart 2022-ci il tarixli ötürülmüş prosessual müddətin bərpa edilməməsi haqqında qərardadından X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Xaçmaz rayon Məhkəməsinə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankın EP ******* saylı, 15 mart 2022-ci il tarixli ötürülmüş prosessual müddətin bərpa edilməməsi haqqında qərardadının ləğv olunması barədə şikayəti daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X1 Bankın 15 mart 2022-ci il tarixli, № EP ******* saylı qərardadının ləğv edilərək ötürülmüş müddətin bərpa edilməsi və onun barəsində qəbul edilmiş 28 oktyabr 2021-ci il tarixli, EP № 0031379, EP № 0031363, EP № ******* və EP № ******* qərarlardan verdiyi şikayətin baxılması üçün icraata qəbul edilməsi barədə qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, X3 hər qərar üzrə ayrı-ayrı şikayət verməli olduğu halda, onları bir şikayət ərizəsində qeyd etmişdir. Belə olan halda isə, qərardan şikayətə baxılması mümkün deyil və X2 şikayət ərizəsi geri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: X2 şikayət ərizəsi geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-514/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-514/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver