Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-516/2024 19.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X3 tərəfindən DİN-nin BDYPİ-nin EQ 19197508 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 tərəfindən DİN-nin BDYPİ-nin EQ 19197508 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan şikayəti xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırki iş üzrə mübahisələndirilən qərarın nə vaxt alınması barədə müvafiq sənədin ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, iş materiallarını araşdırarkən şikayətdə inzibati xəta haqqında materiala qərardan şikayət vermiş şəxs tərəfindən DİN-nin BDYPİ-nin EQ 19197508 nömrəli xx.xx.2024-cü il tarixli qərarı və şəxsiyyət vəsiqəsinin surəti əlavə olunsa da, həmin qərarın hansı tarixdə və kim tərəfindən qəbul edilməsi barədə müvafiq sənəd (poçt qəbzi) şikayətə əlavə edilməmişdir. Odur ki, verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Qərarın hansı tarixdə, kim tərəfindən qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardanşikayət, prokuror isə protest verə bilər. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi qərarın qəbul edilməsi haqqında qəbzi və ya qəbzin surətini şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən DİN-nin BDYPİ-nin EQ 19197508 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət icraata qəbul edilməsin və ona geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-516/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-516/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver