Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-523/2023 19.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X2, Şikayət verən şəxs X3, İş üzrə zərərçəkmiş şəxs X1, Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, X3 Xaçmaz DYPB-nin xx.xx.2022-cı ıl tarixli İP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Xaçmaz rayon Polis Şöbəsinin polis kapitanı X6 tərəfindən qəbul edilmiş TP seriyalı,5046554 nömrəli 26 may 2022-ci il tarixli qərara əsasən X8 Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.5.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. X8 məhkəməyə müraciət edərək Xaçmaz RPŞ DYPB polis kapitanı X12 oglunun barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli İP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Təsərrüfatında iki baş cins inəyi var idi. Onları hər gün səhər-səhər evindən aparıb Ləcət kəndinin şərqində meşə zolağına yaxın ərazidə yerləşən ailəsinin pay torpaq sahəsində hörükləyərək axşamlar malları geri qaytarmışdır. 21 noyabr 2021-ci il tarixdə o, həmişə olduğu kimi axşamüstü inəkləri pay torpaq sahəsindən evə gətirirdi, hər iki inəyin boğazında hörüldəmək üçün bağlanmış iplər də var idi. Saat təxminən 18 radələri olardı o, qabağında iki inək olmaqla Yalama - Xudat şossesi yoluna çatmış, yolda maşınların olmadığını görüb inəkləri şosse yolundan evinə tərəf sürmüşdür. İnəklərdən biri şosse yolunu artıq keçmişdir, ikinci inək asfalt yolun Yalama tərəfindən gələn zolağını keçirdi, bu zaman o, də inəyin ardınca gedirdi. Birdən Yalama tərəfindən sürətlə gələn avtomobilin tormoz səsinin eşitmiş, o, qorxudan geriyə qaçmış, avtomobil gəlib yolu keçən inəyi vurub yıxmışdır. Həmin vaxt hadisə yerində kənd sakinləri də olmuşdur. Həmin avtomobil 99 BT-894 dövlət qeydiyyat nişanlı CHEVROLET markalı minik avtomobili idi. Zərbədən yolun içində yıxılmış inəyi birtəhər qaldıraraq evinə aparmışlar. İnəyi vurmuş avtomobilin sürücüsü, sonradan adını bildiyi X10 oglu ona yaxınlaşaraq diqqətsiz olduğunu, inəyə vurulmuş ziyana görə ona 300 manat pul ödəcəyini bildirmiş, o, ona inəyin cins inəyi olduğunu və 300 manat az olmasını demişdir. Bu ərəfədə yolu keçən bir neçə avtomobil hadisə yerində saxlayaraq hadisə ilə maraqlanmış, eşitmişdir ki, sürüclərdən biri Qədir Abdullayevə “tanış QAİ varsa çağır, həll etsin” demişdir. Üstündən təxminən 1 saat keçdikdən sonra hadisə yerinə içərisində ki nəfər polis əməkdaşının olduğu 193 №-li DYP xidməti avtomobili gəlmiş, onlar şifahi olaraq onları sorgu-sual etdikdən sonra səhərisi gün Xaçmaz RPŞ DYP bölməsində olmağını bildirdilər. Hadisə yerində inəyi vurmuş avtomobilin hadisə yerinə qədər uzunluğu təxminən 20-25 metr olan tormoz izi, inəyin vurulduğu yerdə qan izləri var idi. Lakih polis əməkdaşları ölçmə işləri aparmadılar, hətta fotoşəkil də çəkmədilər. Vurulan inəyin vəziyəti pis oldugıı üçün onu kəsib təxminən 300 manat pula satmışdır. Gözləmişdir ki, polisdən hər hansı bir qərar gələr və əmlakına dəymiş ziyanı tələb edəcək. Həmin hadisə ilə bağlı Xaçmaz RPŞ DYPB-nin polis kapitanı X6 barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.1 -ci və 338.5 ci maddələri ilə inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP-47276 nömrəli qərar qəbul etmiş, həmin qərardan verdiyi şikayət üzrə Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)-290/2022 saylı qərarı ilə Xaçmaz RPŞ DYPBnin 23 noyabr 2021-ci il tarixli, TP-47276 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Xaçmaz RPŞ DYPB-və göndərilmişdir. Həmin qərardan X1 verdiyi şikayətə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi özünün xx.xx.2022-ci il tarixli, 3(105)-515/2022 saylı qərarı ilə şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)-290/2022 saylı qərarı dəyişdirilmədən saxlamışdır. 09 aprel 2023-cü il tarixdə onun mobil telefonuna DYPB-nin işçisi Elçin Tağıyev zəng edərək qərarın surətinin təqdim edilməsi üçün Xaçmaz RPŞ-nə dəvət etmiş, 10 aprel 2023-cü il tarixdə o, Elçin Tağıyevin qəbulunda olarkən ona inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP-5046554 nömrəli qərarın surəti təqdim edilmişdir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 21.11. 2021ci ildə saat 18-19 radələrində X13-oba kənd yolunda 2 baş inəyini yoldan keçirirdi. İnəyi öz yolunda avtomobili ilə vurmuşdur. 102 xidmətinə zəng vurmuş, 40 dəqiqə sonra YPX əməkdaşları hadisə yerinə gəlmişlər. Heyvanın sahibi həmin vaxt hadisə yerində yox idi, oraya sonradan gəlmişdir. Maşın heyvana dəyəndən sonra heyvan qalxıb hərəkət etmişdir. Şikayətçi heyvanını aparıb kəsib satıb. Sonra isə heyvana görə ondan 1700 manat pul istəyir. Onun avtomaşınına isə 3000 manatdan çox ziyan dəyib. Hadisə vaxtı o sərxoş olmamışdır. Məhkəmə iclasında Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi X9 izahatında göstərmişdir ki, Bayram Zəkiyev heyvanlarını nəzarətsiz buraxdığı üçün 40 manat cərimə edilmişdir. Onun tərəfindən 2-ci dəfə 40 manat cərimə qərarı qəbul edilmişdir. Bayram Zəkiyevə qərar təkrar təqdim edilmişdir. Bayram Zəkiyev əvvəl qərardan şikayətçi deyildir. X7 mülki ziyan ilə əlaqədar iddia qaldırdığından qərardan şikayət etmişdir. Qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında xx.xx.2022-cı ıl tarixli İP ******* nömrəli qərarından müəyyən olunur ki, X8 Azərbaycan Respublikasının İXM-nin 338.5.1 və 338.5.2-ci maddələrinin tələblərini pozduğuna görə inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayon X11 X16 inzibati tənbeh vermə haqqında qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar, izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.5.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.i Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X3 Xaçmaz DYPB-nin xx.xx.2022-cı ıl tarixli TP ******* saylı qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-523/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-523/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver