Məhkəmə qərarları › İş №3(067)-524/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-524/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-524/2023 14.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon X33 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1962-ci ildə Xaçmaz şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon X40 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs 30 yanvar 2023-cü il tarixdə, Xaçmaz şəhəri, B.Sərdarov küçəsi, ev 8-də yaşayan X9 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Notariat kontorunun yaxınlığında yerləşən ərzaq mağazasının qarşısında saxladığı ümumi dəyəri 400 manat olan “Desna” marlkalı 29-luq velosipedini, 07 fevral 2023-cü il tarixdə Xaçmaz rayonu, Turist qəsəbəsində yaşayan X2 Xaçmaz şəhəri, Köhnə avtovağzal adlanan yerdən ona məxsus 100 manat dəyərində “Samsung” markalı mobil telefonunu, ünvan 2 ünvanından yaşayan X10 Xaçmaz rayonu Nərəcan kəndində yerləşən yaşayış olmayan evindən 01 yanvar 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək olan müddət ərzində ümumi dəyəri 90 manat olan “JVC” markalı maqnitofonunu, 27 fevral 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək olan müddət ərazində X11 məxsus Xaçmaz şəhəri, Ə.Vahid küçəsi, dalan 2 ev 5-də yaşayış olmayan evindən ümumi dəyəri 90 manat olan plastik pəncərəni, 02 mart 2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan X6 evindən elektrik naqilini və 3 ədəd armaturları, 13 mart 2023-cü il tarixdə Şabran şəhəri, 32 Məhəllədə yaşayan X14 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evininin həyətindən ayaqqabı yığmaq üçün nəzərdə tutulmuş dolabın və həyətyanı sahəsini əhatə edən daş hasarından daşlarını sökərək, 13 mart 2023-cü il tarixdə Xaçmaz rayonu Cığatay kəndində yaşayan X4 taksi fəaliyyəti ilə məşğul olduğu zaman ona yaxınlaşaraq evə apardıqdan sonra dərman almaq adı ilə onun 30 manat məbləğində pulunu, 14 mart 2023-cü il tarixdə Xaçmaz şəhəri Günəşli küçəsində yaşayan X15 15 manat pulunu, Xaçmaz şəhəri, H.Əliyev prospekti e 8-də yaşayan X1 yaşadığı evinin qapısının 20 manat dəyərində kilidini, 21 mart 2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Ələsgərov küçəsi, ev 37-də yaşayan X16 məxsus “Samsung Galaxy j4” markalı mobil telefonunu, 22 mart 2023-cü il tarixdə Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 43-də yaşayan X22 məxsus su qızdırıcısını, 25 mart 2023-cü il tarixdə Xaçmaz şəhəri, A.Səlimov küçəsi ev 54-də yaşayan X24 məxsus ünvan 6 ünvanında yerləşən yaşayışa yararlı olmayan evindən 30 metr uzunluğunda mis naqilin, 1 ədəd yük arabasını, 2 ədəd belin, 1 ədəd su çıxarmaq üçün istifadə olunan dəmir alətin və evinin içərisindən 40 ədəd taxtanı oğurlamaqla onlara zərər vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X33 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X17 göstərdi ki, Şəxs Şəxs 30 yanvar 2023-cü il tarixdə, Xaçmaz şəhəri, B.Sərdarov küçəsi, ev 8-də yaşayan X9 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Notariat kontorunun yaxınlığında yerləşən ərzaq mağazasının qarşısında saxladığı ümumi dəyəri 400 manat olan “Desna” marlkalı 29-luq velosipedini, 07 fevral 2023-cü il tarixdə Xaçmaz rayonu, Turist qəsəbəsində yaşayan X2 Xaçmaz şəhəri, Köhnə avtovağzal adlanan yerdən ona məxsus 100 manat dəyərində “Samsung” markalı mobil telefonunu, ünvan 2 ünvanından yaşayan X10 Xaçmaz rayonu Nərəcan kəndində yerləşən yaşayış olmayan evindən 01 yanvar 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək olan müddət ərzində ümumi dəyəri 90 manat olan “JVC” markalı maqnitofonunu, 27 fevral 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək olan müddət ərazində X11 məxsus Xaçmaz şəhəri, Ə.Vahid küçəsi, dalan 2 ev 5-də yaşayış olmayan evindən ümumi dəyəri 90 manat olan plastik pəncərəni, 02 mart 2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan X6 evindən elektrik naqilini və 3 ədəd armaturları, 13 mart 2023-cü il tarixdə Şabran şəhəri, 32 Məhəllədə yaşayan X14 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evininin həyətindən ayaqqabı yığmaq üçün nəzərdə tutulmuş dolabın və həyətyanı sahəsini əhatə edən daş hasarından daşlarını sökərək, 13 mart 2023-cü il tarixdə Xaçmaz rayonu Cığatay kəndində yaşayan X4 taksi fəaliyyəti ilə məşğul olduğu zaman ona yaxınlaşaraq evə apardıqdan sonra dərman almaq adı ilə onun 30 manat məbləğində pulunu, 14 mart 2023-cü il tarixdə Xaçmaz şəhəri Günəşli küçəsində yaşayan X15 15 manat pulunu, Xaçmaz şəhəri, H.Əliyev prospekti e 8-də yaşayan X1 yaşadığı evinin qapısının 20 manat dəyərində kilidini, 21 mart 2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Ələsgərov küçəsi, ev 37-də yaşayan X16 məxsus “Samsung Galaxy j4” markalı mobil telefonunu, 22 mart 2023-cü il tarixdə Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 43-də yaşayan X22 məxsus su qızdırıcısını, 25 mart 2023-cü il tarixdə Xaçmaz şəhəri, A.Səlimov küçəsi ev 54-də yaşayan X24 məxsus ünvan 6 ünvanında yerləşən yaşayışa yararlı olmayan evindən 30 metr uzunluğunda mis naqilin, 1 ədəd yük arabasını, 2 ədəd belin, 1 ədəd su çıxarmaq üçün istifadə olunan dəmir alətin və evinin içərisindən 40 ədəd taxtanı oğurlamaqla onlara zərər vurmuşdur. Hər fakt üzrə o, Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərək izahatı alınarkən özü səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, törətmiş olduğu əməlləri maddi cəhətdən imkansızlığı ilə əlaqədar törətdiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, baş leytenantı X7 09 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, baş leytenantı X25 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, baş leytenantı X7 09 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, baş leytenantı X7 10 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, mayoru X18 12 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, kapitanı X5 16 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, baş leytenantı X8 16 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, mayoru X13 23 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, mayoru X23 25 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı baş təhqiqatçısı polis, mayoru X18 02 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı baş təhqiqatçısı polis, mayoru X18 30 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X31 Bölməsinin təhqiqatçısı polis, leytenantı X19 30 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 25 (iyirmi beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 13 aprel 2023-cü il tarixdən 17:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar