Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-525/2021 07.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, 09 iyun 2021-ci il tarixdə saat 12:15-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında reseptlə buraxılmalı olan “Askorbik Asid 400mq/ml” adlı dərman vasitəsinin reseptsiz satışı aşkarlanmışdır. Şəxs MMC və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər, həmçinin işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 09 iyun 2021-ci il tarixdə saat 12:15də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında reseptlə buraxılmalı olan “Askorbik Asid 400mq/ml” adlı dərman vasitəsinin reseptsiz satışı aşkarlanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC (VÖEN № **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-525/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-525/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver