Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-525/2023 14.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz rayon X5 Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 07 may 1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: 14 aprel 2023-cü il tarixdə saat 12:35 radələrində Şəxs idarə etdiyi “İSUZU” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yolun hərəkət hissəsində saxladığına görə həmin ərazidə xidməti vəzifəsini yerinə yetirən X6 əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xaçmaz rayon X5 Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 göstərdi ki, 14 aprel 2023-cü il tarixdə saat 12:35 radələrində Şəxs idarə etdiyi “İSUZU” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxladığına görə həmin ərazidə xidməti vəzifəsini yerinə yetirən X6 əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, O, şirkətə məxsus “İSUZU” markalı ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən marketin qarşısında saxlayaraq maketə daxil olmuşdur. Həmin vaxt ərazidə xidmətdə olan X6 əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin şəkillərini çəkdiyini görüb ona yaxınlaşaraq bununla bağlı cərimə yazdığını soruşduqda polis əməkdaşlı cərimə yazıldığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşına dükana girib çıxacağını və bundan sonra nəqliyyat vasitəsini oradan götürəcəyini bildirərək təkrarən ikinci dəfə dükana girib çıxmışdır. Bundan sonra o, sükanın arxasına əyləşərək nəqliyyat vasitəsini idarə edib çıxıb getmək istəyərkən polis əməkdaşı ona yaxınlaşmışdır. O, polis əməkdaşının ona yaxınlaşdığını görüb şüşəni aşağı etmişdir, bu zaman polis əməkdaşı ondan sənədlərini təqdim etməsini xahiş etmişdir. O, sənədləri ona verməkdən imtina edərək, artıq bununla bağlı ona protokol yazıldığını bildirərək, cərimə onun ünvanına gələn kimi onu ödəyəcəyini deyərək oradan nəqliyyat vasitəsini idarə edərək uzaqlaşmışdır. Sürüb getdiyi zaman həmin yol bölməsinin əməkdaşının onun arxasınca gəldiyini görmüşdür. Həmin vaxt bazarın arxa tərəfində adını bilmədiyi küçədə nəqliyyat vasitəsini orda saxlamışdır. Bundan sonra həmin polis əməkdaşı idarə etdiyi xidməti nəqliyyat vasitəsini onun idarə etdiyi nəqliyyat vasitəsini arxasında saxlayaraq ona yaxınlaşmış və bölmənin əməkdaşlarının artıq yolda olduğlarını bildirərək ona heç yerə getməməsini bildirmişdir. Hadisə belə olmuşdur, sənədlərini dövlət yol polisi əməkdaşına təqdim etməməsinə görə səmimi peşmançılıq hissi keçirdiyini, etmiş olduğu əmələ görə polis əməkdaşlarında üzr istədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alayının İİ tağımının Yol Patrul Xidmətinin baş serjantı Şahid Mətəb oğlu bildirdi ki, o, 12-13 radələrində xidmətdə olduğu zaman sürücü işıqfordan sonra sürücü ona məxsus yük maşınını yolun içində saxlayaraq yolun hərəkət hissəsini kəsərək, həmin yolda hərəkətdə olan digər nəqliyyat vasitələrinin hərəkətdə olmasına maneəçilik törətmişdir. Bunda sonra o, həmin yerə gələrək həmin nəqliyyat vasitəsinə yaxınlaşdığı zaman sürücünün yerində olmadığını görmüşdür. O, özündə olan bort komyüteri götürmüşdür ki, nəqliyyat vasitəsinin şəkilini çəksin, həmin vaxt sürücü ona yaxınlaşmışdır. O, ondan həmin nəqliyyat vasitəsinin sürücü olub-olmadığını soruşduqdan sonra sürücüyə özünü təqdim edərək sənədlərini tələb etmişdir. Sürücü ona şəklinin çəkdiyini soruşduqda o, şəklini çəkdiyini, lakin yaxınlaşdığından şəkili bort kampuyüterə elektron qaydada vura bilmədiyini, nəqliyyat vasitəsini yoldan kənara çəkərək sənədlərini təqdim etməsini xahiş etmişdir. Bundan sonra sürücü ona şəklini çəkdiyini bildirərək “gedib işi ilə məşğul olmasını” bildirmişdir. Bundan sürücü ondan ayrılraq yenidən dükan girmişdir ondan sonra o, yolu tənzimləmişdir. Təxminən 3-4 sonra sürücü gəlib nəqliyyata vasitəsinə əyləşən zaman o, yenidən sürücüyə yaxınlaşaraq sənədlərini təqdim etməsini bildirmişdir. Lakin sürücü ona heç bir əhəmiyyət verməyərək patrul maşının sağından nəqliyyat vasitəsini sürüb getmişdir. Həmin vaxt o, növbətçi hissənin post patrul xidmətini çağıaraq onun arxasınca getmişdir. O, həmin vaxt küçəyə girmişdir, ancaq bunu yayınmaq üçün və ya nə üçün etdiyini deyə bilməmişdir. Həmin vaxt sürücü nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq düşərək orda yerləşən kafe kimi olan yerə daxil olmaq istərəkən ona yetişərək, onun qanuni tələblərinə tabe olmamasına görə məhkəməyə verəcəyini bildirdiyində məhkəmə sözündən sonra dayanmışdır. Bundan sonra post patrul xidmətinin əməkdaşları gələrək onu, polis bölməsinə dəvət etmişlər. Şikayətçi deyil. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 14 aprel 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Mursaquliyev Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Törədilmiş inzibati xətanın xarakterini və İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Аzərbаycаn Rеspublikаsı İnzibati Xətalar Məcəlləsində bu cür qаydаlаr müəyyən еdilməsə də, məhkəmə hеsаb еdir ki, Аzərbаycаn Rеspublikаsı Cinаyət Prоsеssuаl Qаnunvеriciliyində охşаr münаsibətləri nizаmа sаlаn nоrmаlаrı müvаfiq оlаrаq аnаlоgiyа üzrə burаdа tətbiq еdilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il Qərarında göstərilmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.” Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-525/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-525/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver