Məhkəmə qərarları › İş №3(067)-526/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-526/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-526/2021 02.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qaşad-oba kəndində yaşayan Şəxs oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs oğlu 19 avqust 2020-ci il tarixdə idarə etdiyi «QAZ33021» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ ******* nömrəli inzibati xəta haqqında protokollər tərtib edilərək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin Şəxs oğlu barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə, qərarı icra etməmişdir. Məhkəmə iclasında izahatı alınmış inzibati xəta törədən şəxs Şəxs oğlu törətdiyi inzibati xətanı etiraf edərək izahatında göstərmişdir ki, həqiqətən də onun barəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası tələblərini pozduğuna görə, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ ******* nömrəli inzibati xəta haqqında protokollər tərtib edilərək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun cərimə olunması barədə qərar çıxarılmışdır. Qərar ona rəsmi qaydada poçt vasitəsi ilə göndərilmişdir. O, qeyd olunan cəriməni X1 rayon filialına tam olaraq ödəmiş və bu barədə müvafiq qəbz də almışdır. İnzibati xəta haqqında 28 mart 2020-ci il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs 19 avqust 2020-ci il tarixdə idarə etdiyi «QAZ33021» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ ******* nömrəli inzibati xəta haqqında protokollər tərtib edilərək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin Şəxs oğlu barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə, qərarı icra etməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş bildirişdən görünür ki, cəriməni ödəmədiyi təqdirdə, barəsində protokol tərtib edilərək materialın müvafiq tədbir görülməsi üçün məhkəməyə göndəriləcəyi barədə Şəxs oğlu xəbərdar edilmişdir. İş materiallarında olan X1 rayon filialınının mədaxil qəbzindən müəyyən olunur ki, Şəxs EQ ******* saylı protokola əsasən qəbul edilmiş 19 avqust 2020-ci tarixli qərarı tam olaraq icra etmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinə əsasən inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar