Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-527/2021 12.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, 21.07.1963-cü ildə Rusiya Federasiyasının Dağıstan şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun, Sabir-oba kəndində yaşayan X1 Xaçmaz rayon Polis Şöbəsinin polis kapitanı X4 10.06.2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Polis Şöbəsinin polis kapitanı X5 tərəfindən X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmasına dair 10 iyun 2021-ci il tarixli TP ******* saylı qərar tərtib olunmuşdur. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsinin polis kapitanı X4 10 iyun 2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayəti belə əsaslandırmışdır ki, o, 10 iyun 2021-ci il tarixdə, saat 22:15 radələrində Xaçmaz rayonu, Bakı prospektində «Opel Astra» minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Xaçmaz rayonu, Təzə avtovağzal ilə üzbəüz ərazidə, yol hərəkəti qaydalarına uyğun icazə verilən hissədə avtovağzala daxil olmaqdan ötrü həmin yerə çatmağa təxminən 25-30 m qalmış avtomobilin dönmə işıqlarını yandırıb öz hərəkət zolağından avtovağzala tərəf döndüyü an, zolaqları ayıran üfiqi nişanlanma xətlərini keçən zaman, arxadan gələn sürət həddini yüksək aşan, «2106» markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil maşını ilə toqquşmuşdur. Onun maşını ilə toqquşan maşın qoşa xəttin üstü ilə hərəkət etmişdir. Həmin maşının yarı hissəsi əks istiqamət hərəkət zolağında hərəkətdə olub. Maşını ilə toqquşmuş maşın 20 m uzunluğunda tormoz atmışdır. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gələrək hadisəni görüb yerindəcə videoqeydiyyat aparmışlır. Onlar hadisə yerində onun təqsiri olmadığını bildirəndən sonra çıxıb getməsini məsləhət görmüşlər.Onun maşını ilə toqquşan maşını cərimə dayanacağına yerləşdirmək üçün aparmışlar. X2 öz otağında hadisənin şahidi olmadan onun nəzərinə çatdırılan məlumatlara əsasən çıxarıb. Video qeydiyyat əks tərəfdən təqdim olunmuşdur. Törədilmiş xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tənbeh etmə haqqında qərar verilib. Barəsində tərtib edilmiş 10 iyun 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmək haqqında qəqarın ləğv edilməsini xahiş edir. Xaçmaz Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Xaçmaz rayon Polis Şöbəsinin polis kapitanı X5 tərəfindən X1 10 iyun 2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə ərizəçi X3in şikayəti əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi tam sübuta yetirilir, Xaçmaz rayon Polis Şöbəsinin polis kapitanı X4 10 iyun 2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də, məhkəmə şikayətin təmin edilməməli olduğunu hesab edir. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3in Xaçmaz rayon Polis Şöbəsinin polis kapitanı X4 10 iyun 2021-ci il tarixli TP ******* saylı qərarından şikayəti təmin edilməsin. Xaçmaz rayon Polis Şöbəsinin polis kapitanı X4 10 iyun 2021-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-527/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-527/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver