Məhkəmə qərarları › İş №3(067)-527/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-527/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-527/2023 03.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, X1 iştirakları ilə, Xaçmaz rayon Polis Şöbəsinin inzibati xəta haqqında MN seriyalı ******* saylı və ******* saylı protokolu və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* və xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarların ləğv edilməsinə X2 verdiyi şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: X5 şikayətlə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsinin inzibati xəta haqqında MN seriyalı ******* saylı və ******* saylı protokolu və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* və xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. İş üzrə şikayətçi X5 ərizə ilə məhkəməyə müraciət edərək inzibati şikayətlərə ayrı-ayrılıqda baxılmasının zəruri olduğunu nəzərə alaraq şikayəti və sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə qəraraaldı: X2 Xaçmaz rayon Polis Şöbəsinin inzibati xəta haqqında MN seriyalı ******* saylı və ******* saylı protokolu və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* və xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarların ləğv edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar