Məhkəmə qərarları › İş №3(067)-528/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-528/2020

12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-528/2020 12.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1988-ci ildə Xaçmaz rayonu, Üçgün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, işləməyən, Xaçmaz rayonunun Üçgün kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs həmkəndlisi X4 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Dostluq kafesində oturduqları zaman kafenin sahibinə hesabı verməkdən yayınmaqla onun ünvanına nalayiq ifadələr işlətdiklərindən kafe sahibinin müraciəti əsasında ərazidə xidmətdə olan polis əməkdaşları həmin ünvana gələrək Şəxs və X8 Rayon Polis Şöbəsinə dəvət etdikdən sonra şöbənin inzibati binasında o, polisin ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqa zidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı qismən etiraf etməklə izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə həmkəndlisi X4 ilə birlikdə kənd ərazisində yerləşən bağ sahələrini suvardıqdan sonra siqaretləri qurtardığından siqaret almaq üçün Xaçmaz şəhəri ərazisində yerləşən dükanlardan birindən siqaret alıb bağa qayıtmaq istədikləri zaman həmin dükanın yaxınlığında yerləşən kafedə oturub çay içmək qərarına gəlmişlər. Kafedə oturub çay istədikləri zaman kafenin sahibi onlara çay olmadığını bildirkdə, onlar kafe sahibinə tərkibində spirt olan “Yaquar” adlı içkini sifariş etmişlər. Onlar hərəsinə bir ədəd həmin içkidən alıb içdikdən sonra hesabı vermək istəyərkən kafe sahibi həmin içkinin qiymətinin 10 manat olduğunu onlara bildirmiş, onlar əsəbiləşərək həmin içkinin qiymətinin dükanarda 2 manat təşkil etdiyini və o, qədər pullarının olmadığını bildirməklə kafenin işçisi ilə mübahisə etmişlər. Bundan sonra kafenin işçisi mobil telefonu vasitəsilə Azərbaycan Respublikasının DİN-nin 102 qaynar xəttinə zəng edərək oraya polis əməkdaşlarını dəvət etmişdir. Polis əməkdaşları onların hər ikisini Xaçmaz rayon Polis Şöbəsinə aparmışlar. Lakin o, polis şöbəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə digər polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsində xidmətdə olduğu zaman Xaçmaz şəhəri ərazisindıə kafe işlədən bir nəfər qadın Azərbaycan Respublikası DİN-nin 102 qaynar xəttinə mobil telefon vasitəsilə zəng edərək sonradan şəxsiyyətləri onlara məlum olan Şəxs və X1 həmin tarixdə səhər saatlarında ona məxsus, Xaçmaz şəhəri Bakı prospektində yerləşən “Dostluq” kafesində oturduqları zaman sərxoş vəziyyətdə hesabı verməkdən imtina etməklə onun ünvanına nalayiq ifadələr işlətdikləri barədə məlumat vermişdir. Həmin məlumat əsasında Şəxs və X9 rayon polis şöbəsinin əməkdaşları tərəfindən izahat vermələri üçün polis şöbəsinə dəvət edilmişlər. Polis Şöbəsinə dəvət edildikdən sonra Şəxs və Ruslan Səlimov şöbənin inzibati binasında izahat verməkdən yayınmaqla polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə onun və digər polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilmələrinə baxmayaraq hüquqa zidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla şöbənin iş rejimini bir neçə saat ərzində pozmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X7, Xaçmaz rayon Polis Şöbəsinin Növbətçi hissəsinin növbətçi köməkçisi polis baş serjantı Həsənov Alim Böyükağa oğlu və Xaçmaz rayon polis Şöbəsinin post-patrul xidməti taqımının polis nəfəri X6 iş üzrə şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə işdə inzibati xəta törətmiş şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, şahid ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı hüquqa zidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs xətaya sərxoş vəziyyətə yol verməsini və səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 000095 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 06:00 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 06:00 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 06:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar