Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-528/2021 02.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, 07.02.1956-cı ildə Xudat şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri Şəhriyar küçəsi ev 14-də yaşayan X2 Xaçmaz rayonu Yol Patrul Xidmətinin inspektoru polis sercantı X1 06.05.2021-ci il tarixli TP ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayonu Yol Patrul Xidmətinin inspektoru polis sercantı X4 tərəfindən X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə olunmasına dair 06 may 2021-ci il tarixli TP ******* saylı qərar tərtib olunmuşdur. X5 qərardan şikayət edərək, Xaçmaz rayonu Yol Patrul Xidmətinin inspektoru polis sercantı X1 06 may 2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayəti belə əsaslandırmışdır ki, ona 06.05.2021-ci il tarixində Xaçmaz rayon YPX-nin ** YP *** saydı avtomobili idarə edən inspektoru Ramin Yarməmmədov tərəfindən törətmədiyi qayda pozuntusu adı ilə cərimə protokolu tərtib edilmişdir.O, inspektordan döş nişanının nömrəsini və qayda pozuntusunun görüntüsünü tələb etdikdə, o, polisin vətəndaşlarla davranışında əxlaq kodeksi qaydalarını pozaraq onun şəxsiyyətini təhqir edərək, qayda pozuntusu görüntüsünü təqdim etməkdən imtina etmişdir. Qərarın surəti 21.06.2021-ci il tarixdə ona təqdim olunmuşdur. Barəsində tərtib edilmiş 06 may 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmək haqqında qəqarın ləğv edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Xaçmaz Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Xaçmaz rayonu Yol Patrul Xidmətinin inspektoru polis sercantı X4 tərəfindən X2 06 may 2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə ərizəçi X5in şikayəti əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi tam sübuta yetirilir, Xaçmaz rayonu Yol Patrul Xidmətinin inspektoru polis sercantı X1 06 may 2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Belə olduğu halda məhkəmə şikayətin təmin edilməməli olduğunu hesab edir. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5in Xaçmaz rayonu Yol Patrul Xidmətinin inspektoru polis sercantı X1 06 may 2021-ci il tarixli TP ******* saylı qərarından şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-528/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-528/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver