Məhkəmə qərarları › İş №3(067)-529/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-529/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-529/2021 22.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 oğlunun, Tələbkar şəxs Tağıyeva (Babayeva) Pərvin Şıxəli qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Sara Xatun küçəsi 8 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-3881/2017 saylı 05.10.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat miqdarında aliment alınaraq və Quba rayon məhkəməsinin 2(027)-3623/2017 saylı 14.11.2017-ci il tarixli icra sənədinə əsasən 4800 manat dəyərində 25 qram olan qolbağ, üzük və boyunbağıdan ibarət komplekt, 900 manat dəyərində 5 qram nişan üzüyü və 420 manat dəyərində 6 qram olan paxlava formalı tək üzük və ya onların dəyəri alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs oğluna dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun iki icra sənədi üzrə 6720 manat borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-3881/2017 saylı 05.10.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat miqdarında aliment alınaraq və Quba rayon məhkəməsinin 2(027)- 3623/2017 saylı 14.11.2017-ci il tarixli icra sənədinə əsasən 4800 manat dəyərində 25 qram olan qolbağ, üzük və boyunbağıdan ibarət komplekt, 900 manat dəyərində 5 qram nişan üzüyü və 420 manat dəyərində 6 qram olan paxlava formalı tək üzük və ya onların dəyəri alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 6520 manat borcu var. Belə ki, iki icra sənədi üzrə 6720 manat. Alimentə dair icra sənədi üzrə son dəfə mart ayında ödəniş olub. Digər icra sənədi üzrə isə heç bir ödəniş olmayıb. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-3881/2017 saylı 05.10.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat miqdarında aliment alınaraq və Quba rayon məhkəməsinin 2(027)- 3623/2017 saylı 14.11.2017-ci il tarixli icra sənədinə əsasən 4800 manat dəyərində 25 qram olan qolbağ, üzük və boyunbağıdan ibarət komplekt, 900 manat dəyərində 5 qram nişan üzüyü və 420 manat dəyərində 6 qram olan paxlava formalı tək üzük və ya onların dəyəri alınaraq X2 verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. Alimentə dair icra sənədi üzrə son dəfə mart ayında ödəniş olub. Digər icra sənədi üzrə isə heç bir ödəniş olmayıb. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmədə tələbkar izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon məhkəməsinin 2(067)-3881/2017 saylı 05.10.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat miqdarında aliment alınaraq və Quba rayon məhkəməsinin 2(027)-3623/2017 saylı 14.11.2017-ci il tarixli icra sənədinə əsasən 4800 manat dəyərində 25 qram olan qolbağ, üzük və boyunbağıdan ibarət komplekt, 900 manat dəyərində 5 qram nişan üzüyü və 420 manat dəyərində 6 qram olan paxlava formalı tək üzük və ya onların dəyərini ödəməlidir. Borcunun ödənilməsini tələb edir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 22 iyun 2021-ci il tarixdən, saat 00:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar