Məhkəmə qərarları › İş №3(067)-530/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-530/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-530/2023 17.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Şəmkir rayon məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(076)-1273/2022 saylı icra sənədinə əsasən 3300 manat ödənilməmiş aliment borcu vardır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəmkir rayon məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(076)-1273/2022 saylı icra sənədinə əsasən Şəxs 05 aprel 2022-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Borclu hazıradək alimentlə bağlı heç bir ödəniş etməmiş və 3300 mant aliment borcu yaranmış, borcluya dəfələrlə borcunu ödəməsi barədə təklif olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, hazıradək alimentlə bağlı tələbkara 200 manat və 350 manat olmaqla, cəmi 550 manat poçt vasitəsilə göndərmiş, lakin həmin ödəmələrlə bağlı onda hazırda hər hansı sənəd yoxdur. Bundan əlavə o, uşaqlarının yanına getmiş, gedərkən uşaqları üçün paltar və s. almışdır. Onun alimenti ödəməməsinin səbəbi işinin olmaması, yalnız kənd təsərrüfatında məşğul olduğu üçün qazancı yalnız mövsümdən asılı olmuşdur. Ona görə də o, hazırkı aliment borcu ilə bağlı bu ilin may ayında ödəniş edə biləcəkdir. Onun cərimə ödəməyə maddi imkanı yoxdur, barəsində həbs növündə inzibati tənbeh təyin edilməsinə etirazı yoxdur. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, Şəmkir rayon məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(076)-1273/2022 saylı icra sənədinə əsasən Şəxs 05 aprel 2022-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, həmçinin onun əmlak vəziyyəti yoxlanılmış, lakin mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak aşkar dilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1979-cu ildə Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən, saat 15:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar