Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-533/2023 10.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 iştirakı ilə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 məxsus (VÖEN **********) olan, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “FRM Mebel” obyektinin fasadında 06 mart 2023-cü il tarixdə müvafiq icazə alınmadan açıq məkanda qanunsuz reklam yayımı aşkar edilmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X12 İdarəsinin nümayəndəsi X10 inzibati xəta haqqında protokolu müdafiə etmiş, həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sonuncuya məxsus Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “FRM Mebel” obyektinin fasadında yerləşdirdiyi və xx.xx.2023-cü il tarixdə aşkar edilmiş reklam barədə reklam agentliyindən icazə sənədi almadan, yəni qanunsuz olaraq yerləşdirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə müvafiq icazənin alınması üçün 05 gün müddətində X7 müraciət etməsi barədə “Yazılı Göstəriş” göndərilmiş, 06 aprel 2023-cü il tarixdə həmin göstəriş qəbul olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, X1 məhkəməsinin qərarına istinadən vəzifəli şəxs hesab olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X8 izahatında bildirmişdir ki, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “FRM Mebel” mağazası onun mülkiyyətindədir. O, həmin mağazanı ziyanla işlədir, reklam agentliyinin əməkdaşlarına yaxınlaşaraq bildirmişdir ki, ona bir qədər imkan versinlər ki, həmin mağazada qalan malları ucuz qiymətə satıb qurtarsın, bu işi bağlamaq istəyir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin agentliyin əməkdaşı onun barəsində hazırkı protokolu tərtib etmişdir. Onun bu kimi işlərlə bağlı məlumatı, biliyi yoxdur. Həmçinin bildirmişdir ki, o, fiziki şəxsdir, işçisi yoxdur, həmin mağazada onun oğlu işləyir. Ona görə də o, fiziki şəxs olaraq cərimə olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan, fotoşəkildən görünür ki, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “FRM Mebel” obyektinin fasadında 06 mart 2023-cü il tarixdə müvafiq icazə alınmadan açıq məkanda qanunsuz reklam yayımı aşkar edilmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli Aktın surətindən görünür ki, X6 əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “FRM Mebel” obyektinin fasadında qanunvericiliyin tələbləri pozulmaqla reklam təsvirinin yayımlanması aşkar edilmişdir. İş materiallarında olan vergi idarəsinin sənədlərinin surətlərindən, həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “FRM Mebel” obyekti X5 məxsusdur və inzbati xəta hadisəsi aşkar olunarkən sonuncunun adına ********** saylı VÖEN mövcud olmuşdur. İş materiallarında olan 06 mart 2023-cü il tarixli “Yazılı Göstəriş”in surətindən və poçt göndərişlərinin izlənməsinə dair veb-portaldan çıxarışdan görünür ki, X2 Reklam Agentliyinin X12 İdarəsi tərəfindən Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “FRM Mebel” obyektində açıq məkanda yayımlanan reklamın dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində X7 (X12 İdarəsinə) müraciət etməsi tələb olunmuş, həmçinin, əks təqdirdə, hüquqi məsuliyyəti nəzərinə çatdırılmışdır. Həmin “Yazılı Göstəriş” 06 aprel 2023-cü il tarixdə qəbul edilmişdir, lakin X6 müvafiq yazılı göstərişini yerinə yetirməmişdir. “Reklam haqqında" Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır, icazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-1-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 26.2-2.1-ci maddəsinə əsasən, reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır. 26.8-ci maddəsinə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə görə, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd" hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs" anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında göstərilmişdir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi həmin Məcəllənin 428.7.3-cü maddəsinin tərkibini yaradır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx.xx.1968-ci ildə anadan olmuş X8 (VÖEN **********) (vəzifəli şəxs kimi) Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1750 (min yeddi yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-533/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-533/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver