Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-534/2023 10.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X11 Regional İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakları ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X11 Regional tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 aprel 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X5 tərəfindən Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, ev 25-də yerləşən “X13” mağazasının fasadında 14 mart 2023-cü il tarixdə müvafiq icazə alınmadan açıq məkanda reklam yayımı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X11 Regional İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, X5 tərəfindən Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, ev 25-də yerləşən “X13” mağazasının fasadında 14 mart 2023-cü il tarixdə müvafiq icazə alınmadan açıq məkanda reklam yayımı aşkar edilmişdir. Lakin şəxs həmin reklamın yayımını dayandırıması ilə bağlı bildirişə heç bir məhəl qoymayaraq, reklam yayımını davam etdirmişdir. Reklam yayımının dayandırlması ilə bağlı vətəndaş barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Artıq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta əməlinə görə edilmiş cərimə məbləğini ödəmişdir. Cərimənin ödənilməsi ilə bağlı qəbzləri onlara təqdim etmişdir. Buna görə də onların hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmə tərəfindən hazırki iş üzrə çıxarılacaq hər hansı bir qərardan apelyasiya şikayəti verilməyəcəyini və həmin qərarla Quba reklam agentliyi olaraq razılaşacaqlarını bildirdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, səhhəti ilə bağlı Türkiyənin Antalya şəhərində müalicədə olduğundan, onun Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, ev 25-də yerləşən “X13” mağazasının fasadında icazə almadan reklam yayımına görə cərimə ilə bağlı məlumatı olmamışdır. Onun bu barədə məlumatı müalicədən qayıdandan sonra olmuş və o, hal-hazırda həmin cəriməni tam şəkildə ödəmişdir. Bundan başqa bildirmişdir ki, X5 vəzifəli şəxs olmadığından onun fiziki şəxs qismində cərimələnməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İşdə olan protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 aprel 2023-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş 12 aprel 2023-cü il tarixli, MN № ******* saylı protokol, ona əlavə edilmiş sənədlər və işin digər halları ilə tam təsdiq olunur. İş materiallarında olan 14 mart 2023-cü il tarixli, 11-3-4/2-050/2023 saylı yazılı göstərişdən görünür ki, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, ev 25 “X13” ünvanında, açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikası X8 (X12 İdarəsinə) müraciət etmələri tələb olunmuşdur. İş materiallarında olan 14 mart 2023-cü il tarixli, 000620 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X11 Regional İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, fasadda 0,60x3-1 ədəd fasad, 0,60x3-1 ədəd fasad və 0,50x1,60-1 ədəd ayrıca dayaqlı reklam yayımladığı aşkar edilmişdir. İş materiallardan görünür ki, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsitərəfindən tərtib edilmiş X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 12 aprel 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol görünür ki, X1 şəhəri, H.Z.Tağıyev küçəsi ünvanda, açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmiş, o, nəticədə İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və onun təqsiri tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur və bu əmələ görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X2 inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, X8 müvafiq ödənişin etməsi onun inzibati məsuliyyətinə xitam verilməsinə əsas vermir. Məhkəmə işin hallarını nəzərər alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ. Düzdür: HAKİM XİDİR QULİYEV.
Məhkəmə qərarları › İş №3(067)-534/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-534/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver