Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-535/2023 18.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Quba rayonunun Afurca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Uzunoba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 18 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(067)-2289/2021 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər X3 və Şəxs müştərək qaydada ödənilməmiş qalan borclu olduqları 27600 (iyirmi yeddi min altı yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq iddiaçı X4 verilməsi qət olunmuşdur. Şəxs göstərilən icra sənədinin icrasından qəsdən yayınmışdır. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X5 göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(067)-2289/2021 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər X3 və Şəxs müştərək qaydada ödənilməmiş qalan borclu olduqları 27600 (iyirmi yeddi min altı yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq iddiaçı X4 verilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi üzrə tələb təmin edilməmişdir. Şəxs 29 iyun 2023-cü il tarixdə barəsində inzibati protokol tərtib edildiyi zaman 1800 (bir min səkkiz yüz) manat məbləğində pul ödəniş etmişdir. İnzibati məsuliyyətdən sonra ayda az-az olmaqla 30 manat, 50 manat olmaqla cəmi 370 (üç yüz yetmiş) manat pul ödəniş etmişdir. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(067)-2289/2021 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər X3 və Şəxs müştərək qaydada ödənilməmiş qalan borclu olduqları 27600 (iyirmi yeddi min altı yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq iddiaçı X4 verilməsi qət olunmuşdur. O, həmin icra sənədi üzrə tələbkara olan borcunu etiraf edir, məhkəmə qətnaməsinin icra olunmalı olduğunu qəbul edir, lakin icra vərəqəsinin icrasından qəsdən boyun qaçırmır, icra məmurunun tələblərini icra etməkdən qəsdən yayınmır. Heç bir yerdə işləmir, hazırda 58 yaşı var, heç bir yerdə işləmir və heç bir sosial yardım, müavinət və pensiya almır. Satılası hər hansı bir əmlakı yoxdur. Fındıq təmizləməklə güclə dolanır. Buna baxmayaraq hər dəfə aylıq qazancından tələbkara pul ödəməyə çalışır. Bunu təsdiq edən qəbzləri də var. Qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar olmadığından, barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərininin surətindən görünür ki, Şəxs iş üzrə tələbkar X4 xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş etmişdir. Məhkəmə iclası zamanı “Elektron məhkəmə informasiya sistemi”nə baxış keçirilərkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 xüsusi mülkiyyətində heç bir daşınar və daşınmaz əmlkaı yoxdur, rəsmi iş yeri və hər hansı bir digər gəlir mənbəyi yoxdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında protokolu tərtib etmiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini yerinə yetirməməsini, çağırışlara vaxtlı-vaxtında gəlməməsini, borcunu vaxtında və lazımınca ödəməməsinin nədə və hansı hərəkətlərində ifadə olunmasını sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs mülki öhdəlik üzrə olan maddi borcunu birdəfəyə ödəmək iqtidarında olmaması, onun icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi anlamına gəlmir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 58 yaşı vardır, rəsmi olaraq heç bir yerdə işləmir, xüsusi mülkiyyətində daşınmaz və ya daşınar əmlakı yoxdur, başqa gəlir yeri müəyyən edilməyib. Buna baxmayaraq Şəxs son 9 ay ərzində az da olsa, tələbkarın xeyirinə müəyyən ödənişləri etmişdir. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-535/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-535/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver