Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-535/2024 23.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Xaçmaz rayon Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X2 iştirakı ilə Lənkəran rayonunun Zarxatan kəndində qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş 27 mart 2024-cü il tarixli, 01400-02117/24 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 26 fevral 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından **********10570 nömrəli mal qeydiyyat kodu ilə 08AAN450/08ABJ272 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə **********7718 saylı gömrük bəyannaməsi əsasında ölkəyə idxal edilən yüklər barədə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsınin verilmədiyi məlum olmuşdur. Nəticədə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X3 iş üzrə izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından **********10570 nömrəli qeydiyyat kodu ilə 08AAN450\08ABJ272 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə **********7718 saylı gömrük bəyannaməsi əsasında ölkəyə idxal edilən yüklər barədə Azərbyacan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gömrük bəyannaməsinin elektron formada verilməməsi barədə protokol tərtib olunmuşdur. Protokolla bağlı "xxxx" MMC-nə məktub, bildiriş göndərilmişdir. "xxxx" MMC-nin direktoru X1 06 may 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə etiraz ərizəsi göndərərək icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Xaçmaz Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 27 mart 2024-cü il tarixli, 01400-02117/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 26 fevral 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından **********10570 nömrəli mal qeydiyyat kodu ilə 08AAN450/08ABJ272 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə **********7718 saylı gömrük bəyannaməsi əsasında ölkəyə idxal edilən yüklər barədə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətırilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair elektron formada qısa idxal bəyannaməsi verməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətmişdir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli raportdan da müəyyən olunur ki, 26 fevral 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından **********10570 nömrəli mal qeydiyyat kodu ilə 08AAN450/08ABJ272 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə **********7718 saylı gömrük bəyannaməsi əsasında ölkəyə idxal edilən yüklər barədə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətırilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirməklə idxal etdiyi yüklərə görə qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəlgömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №3(067)-535/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-535/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver