Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-536/2023 18.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, H.B.Zərdabi küçəsi ev 38-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(067)-1001/2022 saylı icra sənədinə əsasən 35000 rus rublunu və cəmi 116 manat pulu tələbkara qərəzli olaraq ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(067)-1001/2022 saylı icra sənədinə əsasən 35000 rus rublun Azərbaycan manatına məzənnə nisbətində manatla və 96 manat pul, həmçinin ödənilmiş dövlət rüsumunun 20 manatı alınaraq X1 verilməlidir. Borclu 2022-ci ilin sentyabr ayında icra və probasiya şöbəsində olarkən icra sənədini icra edərək borclu olduğu məbləği ödəyəcəyini bildirsə də, sonradan borcu ödəyə bilmədiyini bildirmiş və icra sənədini icra etməmişdir. Tələbkar isə icra sənədinin icra olunmasını tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, onun hazırkı icra sənədi üzrə borcundan də başqa digər kredit borcları var. Onun maddi imkanı pisdir, özünün səhhətində problemlər var, övladlarından biri 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş, digər övladı isə qazidir. O, müalicələrlə bağlı da pul xərcləməli olur. Ona altı ay müddətinə möhlət verilərsə, hazırkı borcu ödəyərdi. Barəsində inzibati həbsin, həmçinin cərimənin seçilməsini istəmədiyini bildirmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(067)-1001/2022 saylı icra sənədinə əsasən 35000 rus rublun Azərbaycan manatına məzənnə nisbətində manatla və 96 manat pul, həmçinin ödənilmiş dövlət rüsumunun 20 manatı alınaraq X1 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1974-cü ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-536/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-536/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver