Məhkəmə qərarları › İş №3(067)-537/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-537/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-537/2023 18.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X6 Təhlükəsizlik Bölməsini sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 23 mart 2023-cü il tarixdə onun yaşadığı evə qonaq gələn bacısı Zərərçəkmiş şəxs ilə mübhaisə edərək onu söyərək təhqir etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X6 Təhlükəsizlik Bölməsini sahə rəisi, polis mayoru X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qardaşı Şəxs yaşadığı ünvan 1 ünvanında onunla birgə yaşayan anası X4 mütəmadi olaraq söyüb təhqir etdiyini, onu narahat etdiyini, onu köməksiz vəziyyətdə qoyması ilə əlaqədar Xaçmaz rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra daxil olmuş ərizəyə əsasən tərəflər Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərək onlardan bu haqda izahatları alınmışdır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərərək göstərdi ki, Novruz Bayramında bacısı onlara qonaq gəlmişdir. O, onları qarşılayaraq qonaq aparmışdır. Sonra birdən gecə vaxtı bacısı Zülfiyyə ona niyə görə Xoşqədəmə yazıb deyə qışqırmağa başlamışdır. Onu bütün Xaçmaz tanıyır özünü, xasiyyətini, o, 12 ildir ki, Xaçmazdadı anasına baxanda qulluq göstərəndə o, özü olmuşdur. Dəfələrlə belə hadisələr olmuşdur. Əvvəllər anası həmişə onun tərəfində olmuşdur, bacısı Züfiyyə telefonda səsi də var qışqıranda anasına təzyiq göstərir şüşələri sındırır, qonşu görüb. Axırıncı dəfə çaynikləri sınıdırmışdır, həmin sındırılmış çayniklər bacısıbın yoldaşı təmir etmişdir. Anasının bu hala düşməsinin səbəbkarı bacısı Zülfiyyə olmuşdur. O, anasının yanında çalışmışdır ki, heç vaxt qışqırmasın, anasının qayğısına qalmışdır bunu bütün qonşularda bilir. Anası onun üçün ailədən, övladda hər şeydən əzizdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil protokolun əsassız olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, O, həmişə olduğu kimi bayrama gəlmişdir, bayramları ümumiyyətlə anası ilə birgə qeyd etmişdir. Axır illəri, çünki anası və atası yaşlananadan bu hal onda adət halına gəlmişdir, yenə də istəmişdir ki, bayramı anası ilə birgə qeyd eləsin, 19-u gəlmişdir, 23-ü tarixində yenə gələndə Alim onu qapıdan içəri buraxmamışdır. Həmin qardaşı ilə aralarındakı mübahisə qapıda baş vermişdir. Çünki 20-si gecə aralarında münaqişə olmuşdu. 19-20-si Xaçmazda olub, həmin vaxtı gələndə Alim onu buraxmışdır. O, onu həmin vaxtda evə buraxılması üçün müxtəlif növ yeməklər bişirdiyini Alimə demişdir ki, Alim onu evə buraxsın ki, o, anasının qulluqlunda dura bilsin, bayramı anası ilə birgə keçirə bilsin. 20-si tarixində aralarında baş vermiş münaqişə zamanı da günahkar Alim özü olmuşdur. 23-cü tarixində isə Alim onu içəri keçməyə qoymamışdır, həmin mübahisə qapının ağzında, yəni küçədə baş vermişdir, küçə qapısının ağzında. O, həmin münaqişədən sonra polisə müraciət etmişdir. Həmin vaxtı Alim onu, içəri keçməyə qoymayaraq söyərək təhqir etmişdir. Üstünə hucun çəkmişdir, anacaq həmin vaxt Alim onu nə vurmamışdır nə də ki, döyməmişdir. Həmin vaxt aralarında baş vermiş mübahisənin şahidi qoşular olmuşdur, lakin onlar onlara yaxınlaşmamış və baş qoşmamışdırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 18 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf etməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 03 (üç) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsin əvvəli 18 aprel 2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN SƏRXAN SƏMƏDZADƏ Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar