Məhkəmə qərarları › İş №3(067)-538/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-538/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-538/2023 18.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev ev 74, mənzil 65-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(067)-2863/2022 saylı icra sənədini icra etmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hal-hazırda tələbkara 16740 manat borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz rayon məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(067)-2863/2022 saylı icra sənədinə əsasən 16600 manat məbləğində pul və ödənilmiş 140 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. Lakin borclu hazıradək icra sənədini icra etməmiş və onun cəmi 16740 manat borcu var. Həmçinin bildirmişdir ki, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, borclunun olduğu yer məlum olmadığından barəsində axtarış barədə qərar qəbul edilmiş və borclu 18 aprel 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tapılaraq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, hazırkı icra sənədi üzrə borcunu işsizliyi səbəbindən ödəyə bilməmiş, qeyri-rəsmi işləyərək əldə etdiyi qazanc isə həmin borcunu ödəmək üçün kifayət qədər olmamışdır. Hazırda isə o, istirahət mərkəzlərindən birində işə düzəlmək üzrədir, borcunu yaxın aylarda ödəyəcəkdir. Həmçinin bildirmişdir ki, onun hazırkı icra sənədi üzrə borcu ilə bağlı olan qətnamədən məlumatı olmuş, borcu ödəməli olduğunu bilmişdir. Barəsində cərimə növündə inzibatə tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(067)-2863/2022 saylı icra sənədinə əsasən 16600 manat məbləğində pul və ödənilmiş 140 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1977-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar