Məhkəmə qərarları › İş №3(067)-539/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-539/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-539/2021 24.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 X3 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Xaçmaz rayonunun Aşağı-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Aşağı-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Xaçmaz rayon X5 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitələrinin əkilib becərilməsi ilə bağlı daxil olmuş məlumat əsasında 23 may 2021-ci il tarixdə Xaçmaz rayon X5 Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncuya məxsus Xaçmaz rayonunun Aşağı-oba kəndindəki evinin həyətyanı sahəsinə baxış keçirilərkən həmin evin həyətyanı torpaq sahəsindən 2 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X5 X3 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 göstərdi ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrinin əkilib becərilməsi ilə bağlı daxil olmuş məlumat əsasında Xaçmaz rayon X5 Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncuya məxsus Xaçmaz rayonunun Aşağı-oba kəndindəki evinin həyətyanı sahəsinə baxış keçirilərkən həmin evin həyətyanı torpaq sahəsindən 2 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüş və bu barədə tərəflərindən müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, 2 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin may ayının əvvəllərində bir neçə il əvvəl hərbi xidmətdə olduğu vaxt əldə etdiyi çətənə toxumlarından qalan 2 ədədini yaşadığı Xaçmaz rayonunun Aşağı-oba kəndindəki evinin həyətyanı sahəsində əkmiş, onlara gündəlik su verib qulluq göstərmişdir. Bir neçə gün sonra əkdiyi çətənə bitkisi toxumları əmələ gəlmişlər. 23 may 2021-ci il tarixdə evdə Xaçmaz rayon X5 Polis Bölməsinin əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə baxış keçirərkən əkib yetişdirdiyi çətənə bitkilərini aşkar edib götürərək bu barədə müvafiq sənədləşmə aparmışlar. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarıı dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 may 2021-ci il tarixli qərar, inzibati xəta haqqında 24 iyun 2021-ci il tarixli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizası üzrə 24 may 2021-ci il tarixli, 7/482 nömrəli rəyindən görünür ki, Şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş 2 (iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 9,086 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata sərfdən sonra çətənə bitkisinin qalıq çəkisi 9,046 qram təşkil edir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 may 2021-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Şəxs əməlində cinayət əməli olmadığı müəyyən edilməklə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 may 2021-ci il tarixli qərardan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş 2 (iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 9,086 qram çətənə (kannabis) bitkisinin tədqiqatdan sonra 9,046 qram qalığı material üzrə maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, ekspertiza tədiqiqatından sonra qalıq çəkilsi 9,046 qram təşkil edən çətənə (kannabis) bitkisi məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsin əvvəli 24 iyun 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, ekspertiza tədiqiqatından sonra qalıq çəkisi 9,046 qram təşkil edən çətənə (kannabis) bitkisi məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar