Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-540/2023 01.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakı ilə X2 Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00375 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli, 01400/00375 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2022-ci il tarixli, 34/012/007240 saylı raportunun icrası ilə əlaqədar olaraq bildirərək, onu 2022-ci il tarixdə 1 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 5470.90 ABŞ dolları (9300.53 manat) məbləğində vəsaitin onun müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 9300.53 manat məbləğində valyutanın dəyərinin 50 faizi, yəni 4650.26 manat məbləğində cərimə edilmişdir. O, ixrac gömrük prosedurunda rəsmiləşdirərək ixrac etdiyi yüklərin dəyərinin bu günə qədər hesabına ödəniş edilmədiyi üçün Gömrük idarəsinin hesabına ödənişlər etmək mümkün deyildir. Ona görə də ödənişlər olunmamışdır. Rusiya Federasiyasında müharibə şəraiti olduğundan banklar hesabatları gec aparır, ona görə də hələ də onlara ödəniş daxil olmamışdır. O, Şimal Ərazi Baş Gömrük İdarəsinin № 01400/00375 saylı xx.xx.2023-cü il tarixli qərarını xx.xx.2023-cü il tarixdə almışdır. Onun hüquqları pozulduğuna görə məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv olunmasını istəyir. Şimal Ərazi Baş Gömrük İdarəsinin № 01400/00375 saylı xx.xx.2023-cü il tarixli qərarı məhz bu baxımdan da qanuni və əsaslı deyildir. Göstərilənlərə əsasən, Şimal Ərazi Baş Gömrük İdarəsinin № 01400/00375 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi bildirmişdir ki, şikayət vermiş şəxs X4 tərəfindən 2022-ci ildə bir gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 5470,90 ABŞ dolları, yəni 9300,53 manat məbləğində vəsaiti müvəkkil bankda olan hesabına köçürməmişdir. Buna görə də X2 barəsində xx.xx.2023-cü il tarixli, 01400/00375 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Şikayətin heç bir əsası yoxdur, şikayət vermiş şəxs müvəkkil banka köçürməli olduğu məbləğin hazıradək köçürülməməsinin səbəbi kimi Rusiya Federasiyasında müharibə şəraitini göstərsə də, həmin vaxtdan hazıradək RF-dan qeyd olunan gömrük rəsmiləşdirilmələri ilə bağlı digər işlərdə müvəkkil banklara pul vəsaitləri köçürülür. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, gəlməmiş, məhkəmə şikayətə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan inzibati tənbeh verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 01400/00375 nömrəli qərardan müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 9300,53 manat məbləğində valyutanın dəyərinin 50 faizi, yəni 4650,26 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00375 nömrəli qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00375 nömrəli qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-540/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-540/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver