Məhkəmə qərarları › İş №3(067)-541/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-541/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-541/2023 04.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirak ilə, X1 Şimal Ərazi Baş Gömrük İdarəsinin 11 yanvar 2023-cü il tarixli 01400/00376 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 məhkəmə müraciət edərək, Şimal Ərazi Baş Gömrük İdarəsinin 11 yanvar 2023cü il tarixli 01400/00376 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, ona Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2022-ci il tarixli, 34/012/007735 saylı raportunun icrası ilə əlaqədar olaraq onu 2022-ci il tarixdə 1 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 5608,37 ABŞ dolları (9534,22 manat) məbləğində vəsaitin onun müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 9534,22 manat məbləğində valyutanın dəyərinin 50 faizi, yəni 4767.11 manat məbləğində cərimə edilmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, o, ixrac gömrük proseduranda rəsmiləşdiərərək ixrac etdiyi yüklərin dəyərini bu günə qədər hesablarına ödəniş edilmədiyi üçün Gömrük İdarəsinin hesabına ödəniş etmək mümkün olmamışdır. Ona görə də ödəniş olunmamışdır. Buna səbəb kimi Rusiya Federasiyasında müharibə şəraiti olduğundan banklarda hesabatlar gec aparılması, buna görə də hələ də onlara ödəniş daxil olmamasını bildirmişdir. O, Şimal Ərazi Baş Gömrük İdarəsi 01400/00376 saylı xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə aldığnı bildirmişdir. Onun hüquqlarını pozulduğuna görə həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şimal Ərazi Baş Gömrük İdarəsinə və qərardan şikayət vermiş şəxs X5 məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakaları olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsinin 11 yanvar 2023cü il tarixli 01400/00376 saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X6 İXM-in 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 9534,22 manat məbləğində valyutaların dəyərinin 50 faizi, yəni 4767,11 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2022-ci il tarixli, 34/012/007735 saylı raportunun icrası ilə əlaqədar bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşı X6 tərəfindən 2022-ci il tarixdə 1 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 5608,37 ABŞ dolları (9534,22 manat) məbləğində vəsaitin X4 müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. X6 şikayət ərizəsinə yalnız inzibati tənbeh vermə haqqında qərarı əlavə edib, başqa hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin 11 yanvar 2023-cü il tarixli 01400/00376 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə hər hansı bir əsas yoxdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 11 yanvar 2023-cü il tarixli 01400/00376 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar